Yuxarı

Nəriman rəsmən Türkiyə Superliqasında!

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nəriman rəsmən Türkiyə Superliqasında!

2026.08.03 - 16:58

Azərbaycan millisinin və ABŞ-nin "Kolambus Kryu" klubunun futbolçusu Nəriman Axundzadə karyerasını Türkiyədə davam etdirəcək. 22 yaşlı futbolçu Superliqaya qayıdan "Ərzurumspor"a keçib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Nəriman Axundzadə cari ilin fevral ayında “Qarabağ”dan "Kolambus Kryu" heyətinə qoşulmuşdu.

"Ərzurumspor" I Liqanın son çempionudur. Beləliklə, 5 illik fasilədən sonra yenidən Super Liqada çıxış etmək hüququ qazanıblar.

Nərimanın MLS təmsilçisini Türkiyə klubuna dəyişməsi öz qərarıdır. O, ABŞ çempionatının Şərq zonasında 20 xalla 11-ci pillədə qərarlaşan "Kolumbus Kru"nu təsadüfən tərk etməyib. Bu ilin yazında "Qarabağ"dan alınmış və 3,5 illik müqavilə bağlanmış ön xətt oyunçusu klubdan ayrılmaq istədiyini rəhbərliyə bildirib.

O, məşqçi korpusundan lazımı qədər dəqiqələr almadığını, ehtiyatda qalmaqdan bezdiyini diqqətə çatdırıb.

Forvard ona düşərgəni dəyişməsi üçün icazənin verilməsini xahiş edib və müsbət cavab alıb.

Tarix
2026.08.04 / 01:02
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı

Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Hikmət Hacıyev Kestutis Vaşkele­viçiusla görüşdü

Polkovniklər üçün pensiyaya çıxma yaşı bəlli oldu

Erkən evlilik anlayışı dəyişdi – Yeni qayda

Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla