Yuxarı

Bakı Olimpiadası rekorda imza atacaq - Vitse-prezident

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı Olimpiadası rekorda imza atacaq - Vitse-prezident

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov mötəbər yarışa hazırlıqla bağlı Əməliyyat Komitəsinin mətbuat xidmətinin suallarını cavablandırıb.

Axar.az müsahibəni təqdim edir.

- Bakı Şahmat Olimpiadasının başlanmasına az vaxt qalır. Mötəbər yarışa hazırlıq işləri hansı mərhələdədir?

- Bakı Şahmat Olimpiadasına hazırlıq işlərini Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı əsasında yaradılan Təşkilat Komitəsi həyata keçirir. Təşkilat Komitəsinə Baş nazirin birinci müavini Yaqub Eyyubov rəhbərlik edir. Təşkilat Komitəsinin nəzdində fəaliyyət göstərən Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi hazırda gərgin iş prosesindədir. Komitə həm beynəlxalq şahmat qurumları ilə, iştirakçı ölkələrlə əlaqə saxlayır, həm də ölkə daxilində yarışın keçirilməsinə aidiyyəti olan təşkilatlarla birgə çalışır. Əməliyyat Komitəsinin əsas ofisi ötən il ilk Avropa Oyunlarının yerləşdiyi binadadır. Digər ofisimiz Şahmat Olimpiadasının keçiriləcəyi "Bakı Kristal Holl"da yerləşir. Orada yarışın keçirilməsi ilə əlaqədar xüsusi komanda işləyir.

- Bakı Şahmat Olimpiadasında neçə ölkənin iştirakı gözlənilir?

- Beynəlxalq Şahmat Federasiyası (FİDE) olimpiadalarda iştirakçı ölkələrin sayının artmasına çalışır. Bakıdakı olimpiadada rekord səviyyədə iştirakçı olacaq. Bundan əvvəl Norveçdə keçirilən Olimpiadada 172 ölkə iştirak edib. Bakıda 180 ölkə təmsil olunacaq. Qeydiyyat davam edir, ona görə də ölkələrin sayının artması mümkündür. FİDE-nin 189 üzvü var. Faktiki biz maksimum saya nail olmağa yaxınlaşırıq. Bakıdakı Olimpiada iştirakçı ölkələrin sayına görə yeni rekorda imza atacaq.

- Olimpiadanın açılışı ilə bağlı danışaq. Açılış mərasimində tamaşaçıları hansı sürprizlər gözləyir?

- Olimpiadanın açılış və bağlanış mərasimlərinə hazırlıq davam edir. Bağlanış adətən texniki xarakter daşıyır. Açılışda isə təşkilatçı ölkənin tarixi, idmana bağlılığı, olimpiada barədə müəyyən məqamlar nümayiş olunacaq. Hazırda ssenari üzərində iş gedir. Mərasim Milli Gimnastika Arenasında olacaq. Açılış mərasimində 2500-2600 tamaşaçının iştirakı gözlənilir. Bu barədə ətraflı danışmaq istəməzdim. Çünki açılış mərasimi canlı yayımlanacaq. Tamaşaçıları intizarda saxlamaq daha maraqlı olardı. Əmin ola bilərsiniz ki, maraqlı bir açılış olacaq. Burada Azərbaycanın şahmata bağlılığı, ölkəmizin qədim tarixi və digər məqamlar göstəriləcək.

- Olimpiadada çoxlu sayda əcnəbi qonaqlar, o cümlədən şahmatçılar Bakıya gələcək. Onların viza məsələsi necə həll olunur?

- Hazırda ən vacib iş vizaların alınmasının sürətlənməsidir. Dövlətimizin başçısının Sərəncamı əsasında olimpiadaya gələcək şahmatçıların viza almaq prosesi müəyyənləşdirilib. Hər bir ölkədən gələcək iştirakçıların adı dəqiqləşir. Bütün şahmatçıların və qonaqların viza almasını sürətləndiririk. Xarici İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidmətinin köməyi ilə şahmatçıların yerində viza almasına nail oluruq. Olimpiadada iştirak edəcək komandalar Bakıya eyni vaxtda gələcək. Əgər viza hava limanında alınacaqsa bu onların gömrük nəzarətini keçməsini ləngidəcək. Ona görə həmin prosesə əvvəlcədən hazırlaşırıq ki, vizalar əvvəlcədən alınsın və şahmatçılar hava limanında artıq vaxt itirməsin.

- Yarış zamanı nəqliyyat, təhlükəsizlik məsələləri necə tənzimlənəcək?

- Şahmatçılar oteldən "Baku Crystal Hall"a rahat yola salınacaq. Bununla bağlı nəqliyyatın hərəkətinin müəyyən məşqi keçirilir. Təhlükəsizlik xidməti ilə bağlı şirkət müəyyənləşib. Şirkət hazırda əməkdaşların təlimi ilə məşğuldur. Yarış zalı və paralel tədbirlərin olacağı məkanlarda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə olması üçün iş aparılır.

Eyni zamanda, şəhərdə bayram əhval-ruhiyyəsini yaratmaq məqsədilə olimpiadaya aid məkanlarda lazımi bannerlər yerləşdiriləcək. Olimpiadaya yaxın məkanda müəyyən tədbirlərimiz olacaq. Bildiyiniz kimi, 14 otellə əməkdaşlıq edəcəyik. 2500-ə yaxın şahmatçı və hakim bu otellərdə məskunlaşacaq. Hər bir mehmanxanada nümayəndəmiz çalışacaq. Olimpiada müddətində qaynar xətt fəaliyyət göstərəcək. İstənilən sualla əlaqədar qonaqlar bu nömrəyə zəng vura biləcək.

- Olimpiadada 6 komandamız mübarizə aparacaq. Şahmatçılarımızın qarşısına hansı məqsəd qoyulub?

- Üç təlim-məşq toplanışı nəzərdə tutulmuşdu. Artıq iki hazırlıq mərhələsi arxada qalıb. Növbəti məşq prosesi avqustun 9-da olacaq. Ümid edirik ki, avqustun sonuna bütün şahmatçılarımız olimpiadaya hazır olacaq. Əsas komandalardan həmişə böyük nəticələr gözləyirik. Hər bir yarışda başlıca məqsəd qalib gəlməkdir. İkinci-üçüncü komandalardan nəticə tələb etmək sadəlövhlük olar. Qadın komandamızın şansları azdır. Kişi şahmatçılardan ibarət yığmamız isə əksinə, həmişə dünyada ən güclülər sırasında olub. Norveçdə keçirilən son olimpiadada 2-5-ci yerləri bölüşdürdük. Son 8 ildə iki dəfə Avropa çempionu olmuşuq. Komandamız kifayət qədər təcrübəli və titulludur. Qələbə gözləməyə əsasımız var. Sözsüz ki, bu idmandır, hər şey ola bilər. Amma çalışacağıq ki, qalib gələk.

Tarix
2016.08.04 / 00:06
Müəllif
Axar.az
Digər xəbərlər

Bu şirkətlə sıx işləyəcəyik - Prezident

İlham Əliyev Vaşinqtona dəvət edildi

Vensdən İrəvanda sensasiya: Paşinyana görə 9 milyard dollar...

Köçürmənin qarşısını almaq üçün yeni addımlar atılır

Hakan Fidan Arakçı ilə müzakirə apardı

Baş nazirə etiraz edib, vəzifədən istefa vermişdi... - Dosye

Zərbələr nəticəsində rus neftinin emalı 19 faiz azalıb - Sırski

Azərbaycan heç zaman görünmədiyi qədər... - Prezident

Vens İrəvanda bəyan etdi: TRİPP fondu yaradılacaq

Vensin səfəri ərəfəsində sizin gəlişiniz... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla