Yuxarı

"Əgər gəlməsələr, bu, ermənilərin məsuliyyətidir"

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Əgər gəlməsələr, bu, ermənilərin məsuliyyətidir"

Ermənistan komandasının təhlükəsizliyinə zəmanət vermişik. Onların Bakıdakı yarışda iştirakı ilə bağlı müəyyən təcrübəmiz var.

Axar.az xəbər verir ki, bu sözləri Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov mötəbər yarışa hazırlıqla bağlı Əməliyyat Komitəsinin mətbuat xidmətinin suallarını cavablandırarkən bildirib.

"Ermənilər Bakı Şahmat Olimpiadasında iştirak etməyəcəklərsə, bu, onların məsuliyyətidir. Düzünü desəm, biz belə qərar gözləmirdik. Çünki Ermənistan şahmatçıları Bakıda keçirilən son Dünya Kubokunda iştirak ediblər. Levon Aronyan da daxil olmaqla, Ermənistan şahmatçılarının Bakıya gəlməsində heç bir problem yaşanmayıb. Ermənistan olimpiadada iki komanda ilə çıxış etməli idi. Ona görə belə məlumatı eşitmək bizim üçün gözlənilməz oldu.

FİDE prezidenti Kirsan İlyümjinov Bakıda olduğu zaman, gənclər və idman naziri Azad Rəhimov ilə söhbətində də vurğulamışdı ki, Ermənistan tərəfi bu məsələni müzakirə edir. Yəqin son anda gəlməmək barədə qərar qəbul ediblər. Hərçənd bizdə heç bir rəsmi sənəd yoxdur. Biz hələ də onların gəlişinə hazırıq. Gəlmək istəsələr onları qəbul edəcəyik", - Məmmədov qeyd edib.

Tarix
2016.08.04 / 01:10
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla