Yuxarı

Təbrizli və türk olduğuma görə fəxr edirəm - Bagiri

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təbrizli və türk olduğuma görə fəxr edirəm - Bagiri

Bundan əvvəl Tehranın “Azadi” stadionunda türklərə qarşı səsləndirilən şüarlar əlbəttə ki, qəbuledilməzdir, bu, həm də mənə qarşı hörmətsizlik idi. Bunun arxasında hansısa məqsədli şəkildə planlaşdırılmış fitnə də ola bilər.

Bunu Axar.az-a Tehranın "Perspolis" komandasının baş məşqçisi Kərim Bagiri dekabrın 18-də Təbrizin “Səhənd” (Yadigari İmam) stadionunda səsləndirilən təhqiramiz ifadələrlə bağlı açıqlamasında deyib.

O, Təbrizdə bir qrup "Traktor" azarkeşinin də Tehranda səsləndirilən təhqirlərə cavab olaraq "ədəbsiz" ifadələrindən narahat olduğunu, ancaq bunun başadüşülən olduğunu söyləyib:

"Futbol yarışlarında rəqib komandaların azarkeşlərinin belə hallara yol verməsi, nalayiq şüarlar səsləndirmələri bütün ölkələrdə baş verir, biz də bundan istisna deyilik, narahatedici olsa da başadüşüləndir. Bunun başqa müstəviyə keçməsinə və bu hadisələrdən sui-istifadə etməyə çalışanların daha çox fitnə törətmələrinə icazə verməməliyik".

Təbrizli baş məşqçi “Səhənd” stadionda şəxsinə qarşı işlədilən təhqirlərə də münasibət bildirib:

"Təbrizliyəm, azərbaycanlıyam, türkəm və bununla hər zaman fəxr etmişəm. Harada olsam, hansı komandaya başçılıq etsəm də, Təbriz və "Traktor" mənim üçün əzizdir. "Traktor" mənim uşaqlıq, yeniyetməlik və gənclik vaxtlarımda idealım olduğu kimi, indi də mənim ən sevdiyim komandadır. Həmşəhərlilərimin mənə qarşı acıqlı sözlərini isə mənə ərk etmələrinin, məndən umacaqlarının çox olmasının hesabına qoyuram. Bir dəstənin mənə qarşı haqlı-haqsız söyüşləri, mənim də onlara qarşı acıqlı olmağıma səbəb ola bilməz".

Kərim Bagiri bundan əvvəl Tehranda "Perspolis" komandasının azarkeşlərinin türklərə qarşı təhqirlərinə cavab verməməkdə günahlandırılmasına da toxunub:

"Ümumiyyətlə intriqa, qarşıdurma və bu kimi məsələlərə qarışmaq mənim xarakterimə ziddir. Bəlkə də bəzən susmaq ən yaxşı cavabdır. Bununla bağlı məşhur söz də var, "axmaqların cavabı sükütdur!"

Qeyd edək ki, dekabrın 18-də Təbrizin “Səhənd” stadionunda İran Klub Futbol Kubokunun 1/8 final mərhələsinin oyunları çərçivəsində Təbrizin "Traktor" və Tehranın "Persepolis" komandalarının oyunu keçirilib.

Gərgin şəraitdə keçirilən qarşılaşma 90 dəqiqə ərzində 1:1 bərabər hesabı ilə başa çatıb.

Penalti zərbələrindən sonra "Traktor" 9:8 hesabı ilə Tehran təmsilçisini məğlub edib.

Həmin qarşılaşma zamanı "Traktor" azarkeşləri "Perspolis" komandası və baş məşqçisi təbrizli Kərim Bagiriyə qarşı təhqiramiz ifadələr işlədiblər.

Tarix
2025.12.22 / 16:11
Müəllif
Axar.az
Digər xəbərlər

Naxçıvan üzərindən planlaşdırdığımız enerji dəhlizini...

Cövdət Yılmaz Azərbaycana təşəkkür etdi

Putinin möhtəşəm siyasəti: Moskva bu cür zəbt olunur - Video

Bakıda mühüm iclas başladı

Liderlər İlham Əliyevi təbrik edir

Putin Azərbaycanı təbrik etdi

Prezidentin Piterdən imtinası - Kreml gözləyirdi...

Əliyevin imtinasına Kremldən reaksiya

Şəmistan Əliyev, Putinin dostu xilas oldu, Averin öldü

İbrahim və Mkrtçyan ABŞ-da görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla