Yuxarı

Yankoviç “Qarabağ”dan ayrılacaq? – Özü danışdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yankoviç “Qarabağ”dan ayrılacaq? – Özü danışdı

Mən ən yaxşı oyunumu "Qarabağ"da göstərmişəm. Klubla müqaviləm 2027-ci ilə qədərdir. Əgər bir gün ayrılmalı olsam, bunu hörmətlə etmək istəyirəm.

Axar.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç "MozzartSport" portalına açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi Qurban Qurbanov haqqında da danışıb:

"Onun haqqında kitab yazmaq olar. Onun ambisiyası, iradəsi, səbir və əzmi inanılmazdır. Q.Qurbanov oyun fəlsəfəsini, inkişaf etmək istəyini oyunçulara da ötürür və bunu qəbul edənlər nəticə qazanırlar. Buna görə də "Qarabağ" hər futbolçu üçün uyğun klub deyil".

Yankoviç həmçinin "Qarabağ"ın UEFA Çempionlar Liqasındakı gözləntiləri barədə danışıb:

"Bizim əsas məqsədimiz 10 xalla pley-off mərhələsinə vəsiqə qazanmaqdır. "Ayntraxt"la öz meydanımızda oynayırıq və sərfəli nəticə əldə edəcəyimizə inanırıq. "Liverpul"a qarşı oyunda da sona qədər mübarizə aparacağıq".

Qeyd edək ki, sosial mediada Yankoviçin qış transfer pəncərəsində "Qarabağ"dan ayrılacağı barədə xəbərlər yayılmışdı.

Tarix
2026.01.06 / 12:24
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla