Yuxarı

"Qarabağ" ən bahalı transferini etməyə çox yaxındır

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ" ən bahalı transferini etməyə çox yaxındır

Azarkeşlərin transfer fəallığı gözlədiyi "Qarabağ"ın danışıq apardığı futbolçulardan biri məlum olub.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, Ağdam təmsilçisi hazırda Fransanın "Loryen" klubunun hücumçusu Sambou Soumanı transfer etmək üçün danışıqlar aparır.

Danışıqların uğurla davam etdiyi bildirilir.

Xatırladaq ki, "Qarabağ" S.Soumanı transfer etmək üçün ötən ilin sonlarında da cəhd etmişdi, lakin Fransa təmsilçisi ilə razılığa gələ bilməmişdi. Belə ki, "Loryen" transfer üçün nəzərdə tutulan məbləği 5 milyon avrodan 3.5 milyona endirsə də, Ağdam klubu təklifini 2.5 milyon avro və bonuslarla məhdudlaşdıraraq danışıqlardan geri çəkilmişdi.

Qeyd edək ki, Sambou Soumano 2021-ci ildə "Loryen"ə keçib. O, bundan sonra üç dəfə icarəyə verilib. Forvard əvvəlcə Belçikanın "Eupen" klubunda icarə əsasında çıxış edib.

Daha sonra isə Fransa aşağı liqa təmsilçiləri "Rodez" və "Keviyi Ruan"da oynayıb. 2024-cü ildə məxsus olduğu "Loryen"ə dönüb. Ötən mövsüm Liqa 2-də meydana çıxdığı 32 görüşdə 14 qol vurmağı bacarıb. Bu mövsüm isə o, Liqa 1-də üç görüşdə bir dəfə fərqlənib. O, 2-ci turda "Renn"in qapısına yol tapa bilib.

Tarix
2026.02.07 / 15:49
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı

Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Hikmət Hacıyev Kestutis Vaşkele­viçiusla görüşdü

Polkovniklər üçün pensiyaya çıxma yaşı bəlli oldu

Erkən evlilik anlayışı dəyişdi – Yeni qayda

Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla