Yuxarı

Güləşçilərimiz niyə qızıl qazana bilmədi?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Güləşçilərimiz niyə qızıl qazana bilmədi?

Rio-2016 XXXI Yay Olimpiya Oyunlarında finala yüksələn güləşçilərimizdən qızıl medal gözləyirdik. Ancaq bu, idmandır. Ümumiyyətlə, güləşçilərimizin Olimpiya Oyunlarında çıxışını yüksək qiymətləndirirəm.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov AzərTac-a məxsusi müsahibəsində deyib.

Güləşçilərimizin Rio-2016-da 3 gümüş və 6 bürünc medal qazanaraq yeni tarix yazdıqlarını vurğulayan Elçin Cəfərov deyib: "Bu, bir çox ölkələrin Yay Olimpiya Oyunlarında arzuladığı, amma nail ola bilmədiyi uğurdur. Dördilliyin zirvə yarışında təkcə güləşçimiz deyil, digər idmançılarımız da müvəffəqiyyətlə çıxış edərək 18 medala sahib oldular. Bu göstərici ilə Azərbaycan millisi 206 ölkə arasında 39-cu pillədə qərarlaşdı. Nəzərə alsaq ki, 78 ölkədən idmançılar mükafatçılar sırasına düşüb, 39-cu pillə yüksək göstəricidir".

Güləşçilərimizin Rio-2016-da qızıl medala sahib ola bilməmələri ilə bağlı danışarkən vitse-prezident bildirib ki, bu, bir qədər müəmmalıdır, üç güləşçimiz finala yüksəlsin, ancaq heç biri qızıl medal qazana bilməsin. Ancaq idmanda qalibiyyət olduğu kimi, məğlubiyyət də var. Bununla barışmaq lazımdır. Federasiya rəhbərliyi bu nəticədən razı qalmaya bilər. Çünki federasiya tərəfindən güləşçilərin hazırlığı, təlim-məşq toplanışı üçün yüksək səviyyədə şərait yaradılmışdı. Bunun müqabilində qurum idmançılardan qızıl medallar gözləyirdi. Məğlubiyyət acısını ən çox idmançı özü yaşayır. Bunların aradan qaldırılması üçün geridə buraxılan səhvlər təhlil olunmalı və lazımi addımlar atılmalı və nəticə çıxarmalıdır.

Azərbaycan Güləş Federasiyasının rəhbərliyinin yaxın günlərdə toplantı keçirəcəyini və idmançıların Rio-de-Janeyro Yay Olimpiya Oyunlarındakı çıxışına qiymət verəcəyini diqqətə çatdıran Elçin Cəfərov bildirib: "İdmançı arxayınlaşmamalıdır. O, fəxri kürsüdən düşdükdən sonra idman zalına getməlidir. Çox istirahət edən idmançıdan birincilik gözləmək olmaz. İdmançı daim formada olmalıdır. 2020-ci ildə Tokioda təşkil olunacaq XXXII Yay Olimpiya Oyunlarında güləşçilər hansı çəki dərəcələrində çıxış edəcəklərini indidən müəyyənləşdirməlidirlər. Güləşçilərimiz növbəti dördilliyin zirvə yarışının hazırlığına elə bu gündən başlamalıdırlar. İdmançılar da, məşqçilər də bunun məsuliyyətini indidən dərk edirlər".

İdmanın bu növünün ölkəmizdə inkişafı və kütləviləşməsi istiqamətində uğurlu proqramın fəaliyyət göstərdiyini bildirən vitse-prezidenti deyib ki, Bakıda və regionlarda güləş zallarının artması müşahidə olunur. Ölkədə güləş klubları fəaliyyət göstərir ki, onların yetirmələri Avropa və dünya birinciliklərində, beynəlxalq turnirlərdə uğurla çıxış edirlər. Həmçinin respublikamızda ölkə çempionatlarının, beynəlxalq turnirlərin təşkili hər zaman diqqət mərkəzindədir.

Tarix
2016.08.30 / 22:34
Müəllif
Axar.az
Digər xəbərlər

Səhiyyə sistemi yeni mərhələyə keçdi - TƏBİB

Hacıyev çinli nazirlə bu əməkdaşlığı müzakirə etdi

Palata QHT Agentliyində nələr aşkarladı? - Faktlar

Kamran Əliyev İran səfirini qəbul etdi - Foto

Bakının önəmli mərkəz qismində əhəmiyyəti artmaqdadır

İrəvanda Türkiyə bayrağı yandırıldı - Bakıdan reaksiya

Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

“Telegraf” Türkiyədən üzr istədi – Nə baş verir?

5 gəmimiz AB-nin sanksiya siyahısından çıxarıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla