Yuxarı

Millimizə uduzan yığmanın baş məşqçisindən hörmətsizlik

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millimizə uduzan yığmanın baş məşqçisindən hörmətsizlik

"FIFA Series-2026" turniri çərçivəsində keçirilən Azərbaycan - Syerra Leone final matçından sonra xoşagəlməz insident yaşanıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan qarşılaşmadan sonra qonaq komandanın baş məşqçisi Məhəmməd Kallon mətbuat konfransına qatılmaqdan imtina edib.

Məlumata görə, əvvəlcə jurnalistlərin qarşısına köməkçi məşqçilərdən biri çıxmaq istəsə də, bu addım mətbuat nümayəndələrinin sərt etirazı ilə qarşılanıb. Belə ki, martın 29-da keçirilən oyunöncəsi mətbuat konfransında da iştirak etməyən Kallonun bu davranışı peşəkar jurnalistlər tərəfindən hörmətsizlik kimi qiymətləndirilib. Syerra Leone Futbol Federasiyasının rəsmiləri baş məşqçinin bu qərarının səbəbini açıqlamaqda çətinlik çəkiblər.

Xatırladaq ki, gərgin keçən final matçının əsas vaxtı 1-1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında 9:8 hesabı ilə qələbə qazanan Azərbaycan millisi turnirin qalibi olub.

Tarix
2026.03.30 / 23:07
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

Zelenski bu ərazilərin Rusiyada qalmasına razılaşıb?

Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye

Azərbaycanlı çoban Ermənistana belə keçib - Təfərrüat

TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan

Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq

Şimali Makedoniya prezidenti İlham Əliyevə zəng etdi

İrəvan anlamalıdır ki, sülhdən başqa alternativi yoxdur...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla