Yuxarı

Dünya çempionatında yeni qaydalar açıqlandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya çempionatında yeni qaydalar açıqlandı

FİFA 2026-cı il dünya çempionatında tətbiq ediləcək yeni qaydaları açıqlayıb.

Axar.az xəbər verir ki, yeni qaydalara əsasən, oyunçuların əvəzlənməsi daha sürətli həyata keçiriləcək. Futbolçu maksimum 10 saniyə ərzində meydanı tərk etməlidir. Əks halda, onu əvəzləyəcək oyunçu meydana daxil olmaq üçün 1 dəqiqə gözləməli olacaq və komanda bu müddətdə azlıqda qalacaq.

Həmçinin oyunun bərpası zamanı da vaxt məhdudiyyəti tətbiq ediləcək. Aut atışları və qapıdan zərbələr 5 saniyə ərzində yerinə yetirilməlidir. Bu müddət uzanarsa, top rəqib komandaya veriləcək.

Yeniliklərə görə, meydanda tibbi yardım alan futbolçu mütləq şəkildə meydanı tərk edəcək və geri qayıtmaq üçün 1 dəqiqə gözləyəcək. Lakin zədə sarı və ya qırmızı vərəqə ilə nəticələnən qayda pozuntusu zamanı baş verərsə, bu, tələb olunmayacaq.

Bundan əlavə, VAR sisteminin səlahiyyətləri genişləndiriləcək. Artıq VAR ikinci sarı vərəqə nəticəsində meydandan qovulma epizodlarını və səhv verilmiş künc zərbələrini də nəzərdən keçirə biləcək. Hakimlərlə ünsiyyət qaydalarında da sərtləşmə olacaq. Yalnız komanda kapitanına hakimə yaxınlaşmağa icazə veriləcək. Digər futbolçuların hakimi əhatəyə alması sarı vərəqə ilə cəzalandırıla bilər.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək.

Tarix
2026.03.31 / 18:13
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

Xəzər regionu diqqət mərkəzində: Yeni geostrateji balans...

Vəfat edən keçmiş nazir kim olub? - Dosye

Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla