Yuxarı

Azərbaycanda bu futbolçular diskvalifikasiya edildi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda bu futbolçular diskvalifikasiya edildi

AFFA-nın İntizam Komitəsi I Liqada çıxış edən "Mingəçevir"in hücumçusu Amil Yunanovu 4 oyunluq diskvalifikasiya edib.

Axar.az xəbər verir ki, bu barədə qərar qurumun növbəti iclasında qəbul edilib.

Futbolçu XXV turda "Şahdağ Qusar"a qarşı keçirilən matçın ardından azarkeşləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalanıb, komandası 3000 manat cərimə edilib.

Onun komanda yoldaşı Elnur Mirzəyev görüş başa çatdıqdan sonra rəqibə qarşı şifahi və ya qeyri-şifahi təzyiq göstərməyə cəhd etdiyinə görə 2 oyun oyunluq cəzalandırılıb, bölgə təmsilçisi 1200 manat cərimələnib.

Bundan başqa, "Şahdağ Qusar"ın heyətində 4, "Mingəçevir"də isə 6 futbolçu sarı vərəqə aldığı üçün hər iki komanda ayrılıqda 210 manat cərimə ödəməli olacaq.

Eyni turda "Zaqatala" və "Səbail" komandalarının futbolçuları - İlkin Qırtımov və Ruslan Voronsov qeyri-etik ifadə və hərəkətlərə görə birbaşa qırmızı vərəqə alıblar. Nəticədə hər iki oyunçu 3 oyunluq diskvalifikasiya olunub, klubları isə ümumilikdə 2400 manat cərimələnib.

Tarix
2026.05.08 / 18:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Ərdoğan türk dövlətlərini təbrik etdi

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla