Yuxarı

DÇ-2026-da qalmaqal: Oyuna cadu etdi - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
DÇ-2026-da qalmaqal: Oyuna cadu etdi - Foto

2026-cı il FİFA Dünya Kubokunun L qrupunda Qana ilə Panama üz-üzə gəlib. Kanadanın Toronto şəhərində keçirilən oyunda Qana 90+5-ci dəqiqədə Caleb Yirenkinin vurduğu qolla Panamanı 1:0 hesabı ilə məğlub edib.

Axar.az Unikal.az-a istinadla xəbər verir ki, qarşılaşmanın ilk dəqiqələrində tribunaya yönələn kameraların qeydə aldığı görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Kadrlarda bəzi qanalı azarkeşlərin əllərindəki tozu havaya səpərək müəyyən ritual icra etdikləri əks olunub. Görüntülərin qısa müddətdə yayılmasından sonra çoxsaylı istifadəçilər bunun “cadugərlik ritualı” olduğunu iddia ediblər.

Hesabın uzun müddət 0:0 qalmasından sonra Qananın 90+5-ci dəqiqədə qələbə qolunu vurması müzakirələri daha da artırıb. Bir çox istifadəçi oyundan əvvəlki görüntülərlə son dəqiqə qolunu əlaqələndirərək zarafat xarakterli paylaşımlar edib. "Cadu tutdu”, “Ritual işə yaradı” və “90 dəqiqə gözlədi, amma sonda təsirini göstərdi” kimi şərhlər xüsusilə diqqət çəkib.

Bəzi istifadəçilər həmin davranışın “Makumba” (Macumba) kimi tanınan rituallarla əlaqəli ola biləcəyini irəli sürüblər. Makumba xalq arasında çox vaxt sehr və ya mistik ayinlərlə əlaqələndirilsə də, müxtəlif mədəni və dini ənənələrdə mənəvi tarazlıq, şəfa və ruhani təcrübələri ifadə edən geniş anlayış kimi tanınır.

Tarix
2026.06.18 / 16:04
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Vyetnamın VNA agentliyinə müsahibə verdi

Sülh üçün Konstitusiya dəyişməlidir – Simonyan

İrəvan 200-dən çox kütləvi məzarlığın yerini açıqlamalıdır!

Simonyan Azərbaycana gəlir

Rəsmi Bakıdan Fransaya sərt reaksiya: Qəbuledilməzdir!

Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla