Yuxarı

MOİK-in baş məşqçisindən "Qarabağ" açıqlaması

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
MOİK-in baş məşqçisindən "Qarabağ" açıqlaması

İlk oyunda etmək istədiklərimizi bu dəfə də həyata keçirmək istəyirik. “Qarabağ” çox ciddi rəqibdir və öz meydanında oynamağı sevir. Onların oyun üslubunu yaxşı təhlil etmişik və buna ən yaxşı şəkildə cavab verməyə çalışacağıq.

Axar.az xəbər verir ki, bu sözləri Bolqarıstanın MOİK (Sofiya) klubunun baş məşqçisi Xristo Yanev UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ”la keçirəcəkləri cavab oyunundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.

Mütəxəssis ilk qarşılaşmadakı oyunlarını təkrarlamaq istədiklərini bildirib.

O vurğulayıb ki, növbəti mərhələyə yüksəlmək üçün ilk matçdakı çıxışa əlavə keyfiyyət qatmalı, qol vurmalı və yaranacaq imkanlardan maksimum yararlanmalıdırlar.

Yanev komandasının müdafiəyə çəkilmək niyyətində olmadığını söyləyib:

“Heç vaxt komandamın yalnız müdafiə olunmasını istəməmişəm. Məqsədimiz böyük səhnədə çıxış etmək və Bolqarıstanı güclü rəqiblərə qarşı layiqincə təmsil etməkdir. Öz güclü tərəflərimiz də var. Futbolçularımız topa sahib olduğumuz anlarda rəqibin buraxdığı boşluqlardan istifadə etməyə çalışmalıdırlar”.

Qeyd edək ki, iyulun 30-da Sofiyadakı "Vasil Levski" stadionunda keçiriləcək MOİK – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. İlk matç qolsuz heç-heçə ilə yekunlaşıb – 0:0.

Tarix
2026.07.29 / 13:37
Müəllif
Axar.az
Digər xəbərlər

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

Dövlət əleyhinə çağırışlar yayan 7 türkiyəli axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla