Yuxarı

Heç kim qorxmadı, heç kim çəkinmədi...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Heç kim qorxmadı, heç kim çəkinmədi...

Milli komandamızın kapitanı Rəşad Sadıqov DÇ-2018-in seçmə mərhələsində Norveçi 1:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

Axar.az millimizin kapitanının müsahibəsini təqdim edir:

- Tarixi qələbə qazandınız...

- Oyun gözlədiyimiz kimi başlamadı. Erkən qol vurduq. İlk 15 dəqiqədə ehtiyatlı olub, sonra öz oyunumuzu oynamaq planımız var idi. Erkən qol bizi daha da ehtiyatlı oynamağa vadar etdi. Qoldan sonra rəqibimiz daha da hücuma atıldı ki, biz oyunumuzu müdafiədən qurmağa məcbur olduq. Əsas odu ki, komanda sona qədər vuruşdu, heç kim qorxmadı, heç kim çəkinmədi. Rəqibin heyətində səviyyəli futbolçuların sayı çox idi. Əsas odur ki, sona qədər dözdük və qələbə qazandıq. Albaniya, İslandiya kimi ölkələr bizə nümunədi ki, döyüşə-döyüşə, yaxşı mübarizə aparırlar. Bu gün də bizə üç xal lazım idi və bunu da mübarizə sayəsində qazandıq.

- İkinci qola yaxın idiniz...

- İmkanlarımız var idi. Əsas üç xaldı ki, onu da qazandıq.

- Qarşıda Çexiya ilə çətin oyun var.

- Ən böyük problem olacaq ki, üç gün sonra oynayacağıq. Özünüz də bilirsiniz ki, əvvəlki oyunlarda bizdə problemlər olmuşdu. Böyük ehtimalla məşqçilər də bu barədə düşünürlər. Yəqin məşqçimizin də atdığı addımlar olacaq. Biz də əlimizdən gələni edəcəyik ki, oyuna hazır olaq.

- İlk hissədə epizodların birində zədə aldın. Deyəsən, baş məşqçi səni əvəzləmək istəyirdi, ancaq sən istəmədin...

- Bir az ağrılarım oldu. Ancaq zədə önəmli deyil. Oynamışıq, başa vurmuşuq və bundan şikayət etmək istəmirəm.

- Ramil Şeydayevin oyununu necə dəyərləndirirsən?

- Şeydayev oyuna çox fəal girdi. Həttta qol epizodları da var idi. O, bu gün öz ustalığını göstərdi. Bu, bizim üçün sevindirici haldı.

- Səncə, Şeydayevdə çatışmayan cəhət nədi?

- Onun yaşını nəzərə almaq lazımdı. Fikirləşirəm ki, Şeydayev gələcəkdə bizim üçün çox önəmli futbolçulardan biri olacaq.

- Stadionda ot örtüyü hansı durumda idi?

- Çox ağır idi. Bilirdik ki, yeni ot örtüyüdü və belə ağır olacaq. Həqiqətən ağır oldu. Çox şükür ki, bu durum qol vurmağımıza mane olmadı.

Tarix
2016.10.09 / 01:45
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Qazaxıstana səfəri başa çatdı

Prezidentin Qazaxıstan səfərindən - Videoçarx

Prezidentdən xoş xəbər: Yaxın aylarda...

Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto

Aleksey Kuleba Bakıya gəlir

Liderlər Türküstan Bəyannaməsini imzaladı

Azərbaycana qarşı vuruşan general Almaniyada öldü

Prezident Qazaxıstanda təməlqoyma mərasimində...

İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi - Foto

Bayramov Türküstanda TDT XİN başçılarının iclasında - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla