Yuxarı

Azərbaycanın uğuru türk mediasında

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın uğuru türk mediasında

Azərbaycan yığmasının 2018-ci il Dünya Çempionatının seçmə qrup mərhələsindəki uğurlu çıxışları Türkiyə mətbuatında xüsusi yer tutub.

Axar.az xəbər verir ki, "Sporx.com" saytı "Məğlubiyyətsiz Azərbaycan! Seriya davam edir" başlıqlı yazıda qapıçı Kamran Ağayevin Çexiya yığması ilə səfər matçında etibarlı oyunu xüsusi vurğulanıb:

"Azərbaycan 90 dəqiqə boyunca topla daha az oynamasına və qapı çərçivəsinə cəmi bir zərbə endirməsinə baxmayaraq, qapıçı Kamran Ağayevin uğurlu çıxışı və kollektiv şəklində müdafiə olunması nəticəsində qarşılaşmadan 1 xalla ayrıldı və məğlubiyyəsizlik seriyasını davam etdirdi. İlk 2 matçında San Marino və Norveçi məğlub edən Azərbaycan bu nəticə ilə xalını 7-yə yüksəldərək, Almaniyadan sonra ikinci pillədə yer aldı".

"Sabah" qəzeti "Azərbaycan yuxusu" başlıqlı xəbərində millimizin dünya çempionatı yolunda daha bir addım atdığını yazıb. Yazıda Azərbaycan yığmasının Çexiya səfərindən vacib 1 xalla döndüyü və xallarını 7-yə çıxararaq, qrupda 2-ci yerini qoruduğu göstərilib.

"Fotomaç" qəzetində isə "Azərbaycan dünya çempionatına addımlayır" başlıqlı yazı dərc olunub. Yazıda millimizin qapısında hələ də qol görmədiyi, Çexiya səfərində qolsuz bərabərliyə qalaraq, yenilməzliyini davam etdirdiyi vurğulanıb.

Tarix
2016.10.12 / 12:51
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla