Yuxarı

"Sabah" bu Avropa nəhənglərinə rəqib oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Sabah" bu Avropa nəhənglərinə rəqib oldu

10:26

UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün Liqa mərhələsində Azərbaycan çempionu "Sabah"ın rəqibləri bu gün bilinəcək.

Axar.az xəbər verir ki, püşkatma mərasimi Monakoda, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Püşkatmadan əvvəl yarışda iştirak edəcək 36 komandanın yer aldığı səbətlərin tərkibi müəyyənləşib. Valdas Dambrauskasın rəhbərlik etdiyi "Sabah" 4-cü səbətdə yer alıb.

1-ci səbət: PSJ (Fransa), "Bavariya" (Almaniya), "Real", "Barselona", "Atletiko" (hamısı İspaniya), "Liverpul", "Arsenal", "Mançester Siti" (hamısı İngiltərə), "İnter" (İtaliya).

2-ci səbət: "Borussiya" (Dortmund, Almaniya), "Roma" (İtaliya), "Sportinq", "Portu" (hər ikisi Portuqaliya), "Mançester Yunayted", "Aston Villa" (hər ikisi İngiltərə), "Brügge" (Belçika), "Betis" (İspaniya), PSV (Niderland).

3-cü səbət: "Feyenoord" (Niderland), "Lill" (Fransa), "Budyo-Qlimt" (Norveç), "Napoli" (İtaliya), "Leyptsiq" (Almaniya), "Vilyarreal" (İspaniya), "Şaxtyor" (Ukrayna), "Qalatasaray", "Fənərbağça" (hər ikisi Türkiyə).

4-cü səbət: "Slaviya" (Çexiya), "Slovan" (Slovakiya), "Ştutqart" (Almaniya), AEK (Yunanıstan), LASK (Avstriya), "Komo" (İtaliya), "Lans" (Fransa), "Vikinq" (Norveç), "Sabah" (Azərbaycan).

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin oyunları 2026-cı il sentyabrın 8-dən 2027-ci il yanvarın 27-dək keçiriləcək. Turnirin final matçı isə 2027-ci il iyunun 5-də Madriddə təşkil olunacaq.

***

UEFA Çempionlar Liqasının 2026/27 mövsümündə Liqa mərhələsinin püşkatma mərasimi keçirilir.

Monakoda təşkil olunan tədbirdə turnirdə mübarizə aparacaq 36 klubun rəqibləri müəyyənləşdirilir.

Azərbaycan çempionu "Sabah" isə püşkatmaya 4-cü səbətdən qatılır.

***

"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki bütün rəqibləri müəyyənləşib.

Axar.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Barselona" (İspaniya), "Borussiya" (Dortmund, Almaniya), "Napoli" (İtaliya) və "Slaviya" (Çexiya) ilə Bakıda üz-üzə gələcək.

Ölkə çempionu "Arsenal", "Mançester Yunayted" (hər ikisi İngiltərə), "Vilyarreal" (İspaniya) və "Vikinq"lə (Norveç) səfərdə qarşılaşacaq.

Tarix
2026.08.27 / 20:52
Müəllif
Axar.az
Digər xəbərlər

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla