Yuxarı

İrland mediası: Azərbaycan millisi - Sürpriz boxçası

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrland mediası: Azərbaycan millisi - Sürpriz boxçası

Şimali İrlandiyanın "Belfast Teleqraf" qəzeti Azərbaycan futbol millisinin baş məşqçisi Robert Prosineçkidən müsahibə alıb.

Axar.az xəbər verir ki, məqalədə baş məşqçi öz komandasını "sürpriz boxçası" adlandırıb.

Məşçqi gələn ay Belfastda keçiriləcək oyundan danışıb, komandasının daha heç kimdən qorxub-çəkinmədiyini deyib.

"Biz hər gün daha yaxşı oyun nümayiş etdiririk. Biz güclüyük və ciddi futbol oynayırıq. Bu nəticələr təsadüfi deyil. Biz hələ 2016-cı il Avropa çempionatının seçmə oyunlarında Osloda Norveçi 0-0 hesabı ilə təəccübləndirmişdik, Xorvatiya ilə də heç-heçə oynamışdıq, italyanlara isə yalnız sonuncu dəqiqələrdə məğlub olmuşduq. Biz istəyirik ki, Azərbaycan futbol oynasın, təkcə müdafiə olunmasın", - baş məşqçi deyib.

Daha sonra qəzet dünya reytinqində 133-cü yeri tutan Azərbaycan yığmasının dünya kuboku üzrə seçmə oyunlara gözlənilməz uğurlarla başladığını qeyd edib:

"Azərbaycanın San Marinonu məğlub etməsi müəyyən mənada gözlənilirdisə də, komandanın Norveçə qalib gəlməsi təəccüblü oldu. İndi isə Çexiya komandası ilə heç-heçə Azərbaycan komandasına C qrupunda ikinci pilləni inamla saxlamaq imkanı verdi. Şimali İrlandiya Almaniyaya 2-0 hesabı ilə məğlub olduqdan sonra Azərbaycandan 3 xal geridə qalır, lakin bu fərqi noyabrın 11-də "Vindsor Park" stadionunda keçiriləcək matçda aradan qaldırmaq nityyətindədir. Həmin matçda Şimali İrlandiya elə Azərbaycan yığması ilə qaşılaşacaq".

Tarix
2016.10.14 / 14:07
Müəllif
Hacı Qulu
Digər xəbərlər

İlham Əliyev İsveç Kralını təbrik etdi

Azovda həlak olan azərbaycanlıların yaxınları danışdı - Video

Naxçıvanda 2800 illik sirr üzə çıxdı - Alim açıqladı

Gəmidən sağ çıxan azərbaycanlı: Xilas edə bilmədik - Video

Trampın İranla bağlı qərarı düzgündür - Putin

"Azərsun Holdinq" ətraf mühit tədbirini dəstəklədi

Paşinyan 3 “Ermənistan”a qarşı: nələr gözlənilir?

Prezident onları işdən çıxartdı

Dron hücumunda yaralanan azərbaycanlı danışdı - Video

Milli Məclisdən CNN-ə: Sübut təqdim et!

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla