Yuxarı

AFFA “Şəfa” stadionunu su qiymətinə satdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
AFFA “Şəfa” stadionunu su qiymətinə satdı

AFFA rəsmiləri mətbuatın təkidinə baxmayaraq uzun müddət idi ki, "Şəfa" stadionunun "İnter" klubuna satış məbləğini açıqlamırdı.

"Axar.az" "Publika.az"a istinadən xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov nəhayət qiyməti açıqlayıb. Baş katibin "Het-trik news" qəzetinə açıqlamasından məlum olur ki, federasiya böyük kompleksi su qiymətinə satıb: "Şəfa" stadionunun satış məbləği ƏDV xaric 4 milyon 250 min manatdı.

Satış hələ tam başa çatmayıb. Daha dəqiq, stadion AFFA-nın balansından klubun balansına tam keçməyib. Bu proses hələ davam edir. Klub məbləğin 50 faizini ödəyib və tam ödənişdən sonra "Şəfa" onların balansına keçəcək.

Bir məqamı da qeyd edim - "Şəfa" stadionunu satarkən məbləğdə "İnter" klubuna müəyyən güzəştlər etmişik. Bunun da səbəbi odur ki, klub neçə il idi ki, bütün kompleks üçün aylıq 20 min manat icarə haqqı ödəyir.

Digər tərəfdən klubun "Şəfa"nı futbol məqsədləri üçün istifadə etməsini də diqqətdən qaçırmamışıq. "Şəfa"nın satılması prosesi tam başa çatmadığından əldə olunan məbləğ son maliyyə hesabatında göstərilməyib və xüsusi bəndlə işarə olunub. Məbləğ tam ödənildikdən sonra AFFA-nın növbəti hesabatında gəlir kimi öz əksini tapacaq".

Tarix
2014.04.10 / 11:09
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident onları qəbul etdi - Foto

Zakir Həsənov Viktor Xreninlə görüşdü

Bu qanlı toqquşmaların coğrafiyası genişlənir...

Heç kimin qabağında baş əymirik və əyməyəcəyik!

Hesab edirsiniz ki, bunlar elə təsadüfən baş verir? Yox!

Prezident: Bu, xalqımızın mentalitetinə ziddir!

1968-ci ildə məni ora Heydər Əliyev göndəribmiş - Şeyx

Bu yaddaş imkan verməyəcək ki, yenə də şirin sözlərə aldanaq!

Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib...

Mehriban xanıma dedim, gəlin, şəkil çəkdirək və şeyxə göndərin

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla