Yuxarı

"Qalatasaray"dan əzmkar qələbə

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qalatasaray"dan əzmkar qələbə

İstanbulun “Qalatasaray” komandası üç oyunluq qələbə həsrətinə “Antalyaspor” ilə oyunda son qoyub. İstanbullular Türkiyə Super Liqasının 23-cü turunda Antalyada 3:2 hesabı ilə çətin qələbə qazanaraq xallarının sayını 43-ə çatdırıblar.

Axar.az xəbər verir ki, “Qalatasaray” matçın 24-cü dəqiqəsində Brumanın qolu ilə hesabı açıb. Oyunun 36-cı dəqiqəsində Eren Derdiyok komandasının üstünlüyünü iki topa çatdırıb - 0:2. Lakin birinci hissənin başa çatmasına bir dəqiqə qalmış Mbilla bu fərqi azaldıb – 1:2.

Fasilədən sonra – 53-cü dəqiqədə “Antalyaspor” Danilonun qolu ilə hesabı bərabərləşdirib – 2:2. Oyunun 84-cü dəqiqəsində istanbullular meydanda sayca azlıqda qalıblar. Hakim kobud oyuna görə ilk qolun müəllifi Brumanı ikinci sarı vərəqə ilə cəzalandıraraq meydandan kənarlaşdırıb. Lakin “Qalatasaray” oyunun qələbə qazana bilib. Matçın əsas vaxtına əlavə edilən hissənin sonunda - 96-cı dəqiqədə cərimə zərbəsindən ötürülən topu tora göndərən Eren Derdiyok ikinci dəfə fərqlənərək komandasına qələbə qazandırıb – 2:3.

Beləliklə, “Qalatasaray” üç oyunluq qələbə həsrətinə son qoyaraq qalibiyyətə sevinib. İstanbullular bu oyundan əvvəlki üç görüşdə iki dəfə məğlub olub, bir oyunda isə heç-heçə etmişdilər (“Kayserispor” - 1:2, “Rizespor” – 1:1, “Beşiktaş” – 0:1). Hazırda 43 xalı olan “Qalatasaray” çempionatda üçüncü yerdədir. “Beşiktaş” 53 xalla birinci, “İstanbul Başakşehir” 49 xalla ikincidir. “Fənərbağça” isə 41 xalla dördüncü sıradadır.

Tarix
2017.03.07 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan

İlham Əliyevin bu il ərzində iştirak etdiyi tədbirlərin sayı - Foto

Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Sadiqik!

Vətən müharibəsində xalq buna şahid oldu - Deputat

İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

Lavrov Azərbaycan səfirini niyə qəbul etmir? - Qapalı müzakirə

2026-da Azərbaycan və Rusiya əlaqələri necə olacaq?

Zakir Həsənov şəxsi heyəti təbrik etdi

Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla