Yuxarı

“Turan Tovuz” “Fənərbağça” ilə oynayacaq – Rəsmi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Turan Tovuz” “Fənərbağça” ilə oynayacaq – Rəsmi

“Turan Tovuz” Türkiyənin köklü klublarından olan “Fənərbağça” ilə yoldaşlıq görüşü keçirməyə hazırlaşır.

Axar.az xəbər verir ki, klubun İdarə Heyətinin üzvü Nəsimi Paşayev matc.az saytına açıqlamasında İstanbul nəhəngi ilə baş tutacaq qarşılaşmanın təfərrüatları haqqında məlumat verib.

Nəsimi Paşayev öncə bu ideyanın necə yarandığına aydınlıq gətirib:

“Ötən mövsüm əsas hədəflərimizdən biri avrokuboklara vəsiqə qazanmaq idi. Bu məqsədlə Tovuz şəhər stadionunda mövsüm bitməmişdən öncə ciddi yenidənqurma işlərinə başlamışdıq. İstəyimiz avrokubok oyunlarının heç olmasa birini doğma azarkeşlərimiz önündə keçirmək idi. Çünki bu, yalnız tovuzluların deyil, bütün Qərb bölgəsinin futbolsevərlərinin haqqı idi. Təəssüf ki, UEFA-nın məlum qərarı səbəbindən azarkeşlərə bu sevinci yaşada bilmədik. Buna baxmayaraq, stadiondakı infrastruktur işlərini dayandırmadıq. Belə qərara gəldik ki, avrokuboklara gedə bilməsək də, Azərbaycanda böyük azarkeş ordusuna sahib olan, Avropada uğurlu çıxışları ilə seçilən bir komandanı Tovuza dəvət edək. Beləcə, “Turan”sevərlərə əsl futbol bayramı bəxş etməyi hədəflədik”.

Paşayev bildirib ki, 1994-cü ildə “Turan”ın avrokuboklarda məhz “Fənərbaxça” ilə qarşılaşması və İstanbul təmsilçisinin ölkəmizdəki populyarlığı bu qərarda rol oynayıb:

“Klub rəhbərliyimiz bir neçə dəfə şəxsən Əziz Yıldırımla görüşərək danışıqlar aparıb və nəhayət, oyunun keçirilməsi ilə bağlı razılıq əldə olunub. Bizə bu işdə hər zaman "Turan"ın yanında olan, dəstəkləyən və yarandığı gündən kluba azarkeşlik edən iş adamı yardımçı oldu”.

Oyunun dəqiq tarixi ilə bağlı danışan klub rəsmisi, hazırda müəyyən təqvim planlaması üzərində işlədiklərini bildirib:

“Bilirsiniz ki, “Fənərbağça” Çempionlar Liqasında mübarizə aparacaq, komandamız isə Türkiyəyə təlim-məşq toplanışına yollanacaq. Oyunun Tovuzda təşkil olunması üçün uyğun zaman qrafiki tərtib etməliyik. Əgər hər hansı bir dəyişiklik olmasa, matçın sentyabrda – milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranacaq fasilə zamanı keçirilməsini nəzərdə tutmuşuq. Həmin müddət uyğun gəlməsə belə, növbəti fasilə dövründə bu görüşü baş tutması üçün əlimizdən gələni edəcəyik. İnşallah, Tovuzda “Turan”sevərlərə unudulmaz anlar yaşatmaq üçün hazırlıqlarımızı davam etdiririk”.

Tarix
2026.06.30 / 16:01
Müəllif
Axar.az
Digər xəbərlər

Avropa Birliyinin səfiri Azərbaycan dilini öyrənir

Nəcibə Nəsibova bu universitetə rektor təyin olundu

“Azərpoçt”da böyük kadr dəyişikliyi - Siyahı

İranın AzTV-yə qarşı addımı ilə bağlı bəyanat yayıldı

Bu türk ölkəsi ilə 5 ildə ticarət 13 dəfə artıb

Fransanın bu bəyanatları qəbuledilməzdir - XİN

KMBİ fişinq şəbəkəsinin daha iki üzvü saxlanıldı - DİN

İlham Əliyev bu liderlərlə Qolf Klubunun açılışında - Foto

Axtarışda olan şəxs Azərbaycana ekstradisiya olunur

Çolpon-Atada Əliyevin səfərinə həsr olunmuş banner

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla