Yatmazdan əvvəl mixəyin təsiri: Xüsusilə Ramazan ayında...
02:03
| Ana səhifə İdman |
|
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” Cənubi Afrika Respublikası (CAR) millisinin üzvü Tokelo Rantieni transfer edə bilər.
Qol.az-ın xəbərinə görə, Ağdam təmsilçisi Türkiyənin “Gənclərbirliyi” klubunun hücumçusunu yay transfer dönəmində heyətinə qatmaq istəyir.
Qeyd edək ki, 2016-cı ilin yayından “Gənclərbirliyi”ndə oynayan 26 yaşlı forvard ümumilikdə 20 oyuna 4 qol vurub. Əvvəllər “Malmö” və “Botnmut”da da çıxış etmiş futbolçu 2012-ci ildən CAR millisinə dəvət alır.
Xatırladaq ki, “Qarabağ”ın hücumçusu Dino Ndlovu da cənubi afrikalıdır.
|
Tarix
2017.05.03 / 01:27
|
Müəllif
Axar.az
|