Yuxarı

Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət etdi

Leyla Əliyeva Respublika Pediatriya Mərkəzinin Nərimanov Uşaq Klinik Xəstəxanasını ziyarət edib.

Axar.az xəbər verir ki, ziyarət zamanı Leyla Əliyeva xəstəxanada müxtəlif diaqnozlarla stasionar müalicə alan uşaqların səhhəti ilə maraqlanıb, onların müalicə prosesi və yaradılmış şəraitlə yaxından tanış olub. O, həmçinin azyaşlı pasiyentlər və onların valideynləri ilə görüşərək onlara mənəvi dəstək göstərib, uşaqlara hədiyyələr təqdim edib.

Səhiyyə naziri Teymur Musayev və TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov Leyla Əliyevaya tibb müəssisəsinin fəaliyyəti, göstərilən ixtisaslaşmış tibbi xidmətlər və mövcud maddi-texniki baza barədə ətraflı məlumat verib. Qeyd olunub ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Respublika Pediatriya Mərkəzinin Nərimanov Uşaq Klinik Xəstəxanası ölkədə uşaqlara endokrinologiya və allerqologiya sahələrində stasionar tibbi xidmət göstərən yeganə ixtisaslaşmış müəssisədir.

Müəssisədə müasir tibbi avadanlıqlardan istifadə olunmaqla diaqnostika və müalicə tədbirləri həyata keçirilir, pasiyentlərin sağlamlığının qorunması və bərpası istiqamətində kompleks yanaşma tətbiq olunur.

Tarix
2026.03.04 / 23:27
Müəllif
Axar.az
Digər xəbərlər

İranla danışıqlar çıxılmaz vəziyyətdədir - Əbdülfati

Şövkət Mirziyayev Mehriban Əliyevanı təbrik etdi

Qərbin silah nəhəngləri ilk dəfə Bakıda

Laçının azad edilməsi tarixi ədalətin təntənəsi idi

Qapımız həmişə qardaş Azərbaycana açıqdır - Mirziyayeva

Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir?

Lukaşenkodan Mehriban Əliyevaya təbrik məktubu...

Putin Mehriban Əliyevanı təbrik etdi

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla