Yuxarı

Vahabzadə millimizin uğurundan danışdı: Ağır oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vahabzadə millimizin uğurundan danışdı: Ağır oldu

Rəqibin qələbəyə ehtiyacı olduğunu və ağır matç olacağını bilirdik. Gözlədiyimiz kimi matçboyu hücum etdilər. Komandamız əzmkarlıqla mübarizə apardılar. Oyun keyfiyyətində qüsurlar olsa da, istək, arzu baxımından bir problem yox idi. Qarşıya qoyulan minimum hədəf qrupdan çıxmaq idi ki, onu da bacardıq.

Axar.az xəbər verir ki, bu sözləri U-23 millimizin baş məşqçisi Yaşar Vahabzadə APA-ya deyib.

İslamiadanın futbol yarışları çərçivəsində Mərakeşlə qarşılaşan komandamız 0:0 hesablı bərabərliyə razılaşıb. Matç başa çatdıqdan sonra oyunla bağlı fikirlərini bölüşən Vahabzadə sualları da cavablandırıb.

- Matçın gedişində Orxan Əliyevi oyuna salmaq istəsəniz də, sonradan fikrinizi dəyişdirdiniz...

- Orxanı Ağabalanın yerinə oyuna salmaq istəyirdim, ancaq sonradan Ramazanovun fəallaşması bu qərarımızı təxirə saldı.

- Qonaqlar hakimdən şikayətlənirdilər, siz bu barədə nə düşünürsünüz?

- İlk epizoda təzədən baxmaq lazımdı. İkinci hissədə isə iki oyunçunun toqquması idi, penalti olduğunu düşünmürəm.

- Hər üç oyunda müşahidə etdik ki, komanda ikinci hissədə daha yaxşı çıxış edir. İlk hissəni isə sanki yola verir. Bu xüsusi tapşırıqdı, yoxsa...?

- Xeyr, elə bir tapşırıq yoxdu. Bəlkə də külək kömək edir bizimkilərə? (gülür)

- Əlcəzairin oyunundan xəbəriniz var? Keçmək mümkündümü?

- Türkiyə ilə oyunlarını izləmişik. Orda gələcək rəqibimiz kimi izləməmişdik, təzədən diqqətlə baxıb müəyyən analizlər edəcəyik.

Tarix
2017.05.16 / 01:50
Müəllif
Axar.az
Digər xəbərlər

Ramazan ayı münasibətilə iftar mərasimi keçirildi

XİN-dən təxliyə olunan vətəndaşlarımızla bağlı məlumat

Polad Həşimovun avtomobili - Video

Bu ölkələrin diplomatları İranda Azərbaycana təxliyə olundu

Aslan Əliyevin 4 milyonluq əmlakı müsadirə olundu

Gəmilərin uzaq məsafədən izlənmə sistemi təkmilləşdi

İsveçrədən Azərbaycana: Belə kritik bir vaxtda...

Ramil Mənsimov Azərbaycana ekstradisiya edildi

Bakıda BMT iclasında məruzələr dinlənildi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla