Yuxarı

Mariya Stadnik Azərbaycanın 70-ci qızılını qazandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Olimpiya Oyunlarının üçqat medalçısı, dünya və altıqat Avropa çempionu Mariya Stadnik mayın 21-də IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanaraq uğurları sırasına İslamiadanın qalibi adını da əlavə edib.

Axar.az xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində yarışan Mariya Stadnik finalda türkiyəli Evin Demirhan üzərində təmiz qələbə qazanaraq İslamiadada Azərbaycanın aktivinə 70-ci qızıl medalı yazdırıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva və ailə üzvləri final görüşünə baxıblar.

Mariya Stadnik ilk görüşdə əlcəzairli rəqibi Xeyra Çeyma Yahyaoi üzərində vaxtından əvvəl tam üstünlüklə qələbə qazanıb. Həlledici görüşdə E.Demirhana da qalib gələn M.Stadnik IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

Bu çəki dərəcəsində bürünc medalları Əlcəzair idmançısı Xeyra Çeyma Yahyaoi aktivinə yazdırıb.

Sonra qaliblərin mükafatlandırılması mərasimi olub.

Qalib idmançılara medalları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti xanım Mehriban Əliyeva təqdim edib.

Çempion idmançımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.

Tarix
2017.05.21 / 19:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla