Yuxarı

“Zirə” “Qalatasaray”a rəqib olur?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Zirə” “Qalatasaray”a rəqib olur?

Türkiyə nəhəngləri “Qalatasaray” və “Fənərbaxça” Azərbaycana gələ bilər.

APA-nın məlumatına görə, İstanbul təmsilçilərinin yoxlama görüşü üçün yox, Avrokubok çərçivəsində ölkəmizə səfəri mümkündü.

Belə ki, Türkiyə kubokunu “Konyaspor”un qazanması “Fənərbaxça” və “Qalatasaray”ın Avropa arenasındakı iştirakına böyük zərbə olub. Məsələ burasındadı ki, finalda “Başakşəhər”ə qalib gələn “Konyaspor” Avropa Liqasının birbaşa qrup mərhələsindən mübarizəyə qoşulmaq şansı əldə edib.

Bu amil Türkiyə Superliqasında 3 və 4-cü yeri tutacaq komandaların müvafiq olaraq, III və II təsnifat mərhələsindən yarışa başlamalarına yol açıb. Çempionatda isə sona 1 tur qalmış hər iki komandanın xalı eynidi və “Fənərbaxça” həm top fərqində, həm də şəxsi oyunlarda rəqibini qabaqlayır. Son turda autsayder “Adanaspor”la qarşılaşacaq “sarı-lacivərdlilər”in büdrəməsi möcüzəyə bərabər sayılır. Bu isə “Qalatasaray”ın mövsümü 4-cü pillədə başa vurması və Avropa Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlaması ilə nəticələnəcək.

Hadisələr bu cür cərəyan edərsə, “sarı-qırmızılılar”ın bu mərhələdəki potensial rəqiblərindən biri də “Zirə” ola bilər. Bunun üçün təmsilçimiz I mərhələdəki sınaqdan üzüağ çıxmalıdı. Səpələnmişlərdə yer alacaq “Zirə” nisbətən zəif rəqiblə qarşılaşacaq ki, bu da bakılıların yoluna davam etmək şansını artırır. Ayxan Abbasovun komandası bunu bacarsa, II mərhələdə səpələnməmişlərdə qərarlaşacaq və rəqiblərindən biri də Superliqanı 4-cü sırada tamamlayacaq komanda (“Fənərbaxça” və ya “Qalatasaray”) olacaq.

Avropa Liqasındakı digər komandalarımız “İnter” (I mərhələni adlayarsa) və “Qəbələ” isə Türkiyə nəhənglərinə II mərhələdə rəqib ola bilməz. Çünki onlar da türklər kimi, güclülərin sırasında qərarlaşacaq. “Qəbələ” və “İnter” III mərhələyə qədər irəliləyə bilsələr, o zaman “Qalatasaray” və ya “Fənərbaxça”nı ölkəmizə gətirmək şansları yarana bilər.

Qeyd edək ki, Avropa Liqasında ilk iki mərhələnin püşkatması iyunun 19-da baş tutacaq. I mərhələnin oyunları 29 iyun – 6 iyulda, II mərhələnin matçları isə 13-20 iyul tarixlərində keçiriləcək.

Tarix
2017.06.02 / 23:52
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ Putinə hücum əməliyyatında iştirak edib - Piter Teys

Səfirimiz Lavrovun müavini ilə görüşdü: AZAL qəzası...

Milli Məclis Prezident və xanımını təbrik etdi

Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?

Azərbaycan bu ölkənin müstəqilliyini tanımır... - XİN

Mehdiyev Kərimli və Abbasovla bağlı sualları cavabladı

Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir

İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video

Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi

Bu ölkə ilə vizasız rejim ləğv edilir - Rəsmi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla