Yuxarı

"Qarabağ” kimi güclü komanda ilə oynamağa hazır deyilik"

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ” kimi güclü komanda ilə oynamağa hazır deyilik"

Komandamın bugünkü oyununu bəyənmədim.

Report-un məlumata görə, bunu Gürcüstan "Samtredia"sının baş məşqçisi Georgi Tsetsadze "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra deyib. O bildirib ki, komandasının "Qarabağ"a çatmasının zamanla əlaqəsi yoxdur.

Təcrübəli mütəxəssis jurnalistlərin digər suallarını da cavablandırıb...

Son zamanlar Gürcüstan futbolunun böhran içində olduğu deyilir...

- Gürcüstan futboluna biz diqqət yetirəcəyik. Ümid edirəm ki, vəziyyət düzələndən sonra siz də buna sevinəcəksiniz.

Siz hər iki oyunu necə dəyərləndirirsiniz?

- Mən bu gün klubumuzun məğlubiyyətinə sevinənləri təbrik edirəm. Bilirəm, Azərbaycanda olduğu kimi, Gürcüstanda da bizim məğlubiyyətimizə sevinənlər var idi. Hər iki oyunda qol vurmadan məğlub olmaq bizim üçün üzücüdür. Düşünürəm ki, “Qarabağ” kimi güclü komanda ilə oynamağa hazır deyilik.

İkinci hissədə komandanız daha yaxşı oyun nümayiş etdirdi...

- Düşünürəm ki, bu gün hər iki komanda yaxşı məşq etdi. Bugünükü oyunumuzun yaxşı olmasının səbəbi ilk oyundakı məğlubiyyət idi.

“Qəbələ”yə də uduzmuşdunuz. Rəhbərlik tərəfindən göndərilsəniz, buna reaksiyanız necə olar?

- Azərbaycanı və jurnalistlərinizi təbrik edirəm. Futbolda hər şey olur. Bu gün qalibiyyət sizinlədirsə, sabah sizi tərk edə bilər.

Azərbaycan və Gürcüstan futbolu haqqında danışmaq istəmirəm. Sadəcə, bilmək istəyirəm ki, “Qarabağ”da legionerlərin çox, “Samtredia”da isə az olmasına münasibətiniz necədir?

- Bu, birbaşa klubun maliyyə durumu ilə bağlıdır. Maliyyə yaxşıdırsa, legioner gətirməkdə problem olmaz. Büdcəmiz yaxşı olsaydı, daha yaxşı legionerlər gətirə bilərdik. Hər şey maliyyə ilə bağlıdır. Yaxşı imkanlarımız olsa, daha yaxşı nəticələr əldə edə bilərik. Hələlik bu acınacaqlı vəziyyətimiz davam edir.

Tarix
2017.07.19 / 00:15
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu ölkə ilə diplomatik əlaqə qurdu

İlham Əliyev BƏƏ-nin vitse-prezidentinə başsağlığı verdi

Mansur Yavaş CHP-dən istefa verdi

Rusiya bu qərarlarımıza hörmət etməlidir - İrəvan

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

Prezident iki səfiri qəbul etdi - Foto

Ermənistanın “ən məxfi qadını” Bakıya gəldi - O kimdir?

Prezident Martin Rayanı əfv etdi

İham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla