Yuxarı

"Qarabağ" - "Roma" görüşü yekunlaşdı - Yeniləndi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

18:17

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin II turu başa çatır.

Axar.az xəbər verir ki, "Qarabağ" bu gün saat 20:00-da İtaliya nəhəngi "Roma" ilə qarşılaşır.

Bu görüş Azərbaycan futbolu tarixinə Çempionlar Liqasının əsas mərhələsinin ölkəmizdə keçirilən ilk oyunu kimi düşəcək.

Oyun üçün satışa çıxarılan 67 min 500 biletin hamısının satılması “Qarabağ”ın güclü azarkeş dəstəyinin olacağından xəbər verir.

Qeyd edək ki, qrupun digər oyununda “Atletiko” ilə “Çelsi” görüşəcək.

19:18

Sentyabrın 27-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda “C” qrupunda keçiriləcək “Qarabağ”-“Roma” oyununun start heyəti açıqlanıb.

Axar.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək oyunda Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Dino Ndlovu, Pedro Enrike, Mahir Mədətov, Rəşad Sadıqov, Riçard Almeyda, Ansi Aqolli, Bədavi Hüseynov yer alıblar.

“Roma”nın heyətində isə meydana Alison Beker, Raca Naynqolan, Juan Jesus, Lorenzo Pelleqrini, Edin Dzeko, Aleksandr Kolarov, Maksim Qonalons, Qriqori Defrel, Bruno Peres, Kostas Manolas, Stefan El Şaravi çıxacaqlar.

Görüşü portuqaliyalı baş hakim Artur Dias idarə edəcək.

20:07

"Qarabağ" Manolasın qolu ilə hesabda geri düşdü: 1-0.

20:15

Edin Dzeko matçın 15-ci dəqiqəsində "Roma"nın 2-ci qoluna imza atdı: 2-0.

20:30

Pedro Enrike "Qarabağ"ın heyətində fərqi azaltdı: 2-1. "Qarabağ" bununla Çempionlar Liqasında ilk qoluna imza atdı.

21:52

"Qarabağ" "Roma" ilə qarşılaşmada 2-1 məğlub oldu.

Tarix
2017.09.27 / 21:52
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Zakir Həsənov Okay Məmişlə görüşdü

İlham Əliyev Bakı Ekspo Mərkəzində...

Yaşar Gülər Bakıda Zəfər parkını ziyarət etdi

NK-nın Milli Məclisdə hesabat vermə tarixi dəyişir

Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni detallar - Bir gün əvvəl...

Sumqayıtda “Bayraqdar” PUA-ları istehsal ediləcək

Bu təşkilatın Bakıdakı nümayəndəliyi bağlanır

Meksikada qadın namizəd güllələndi

İlham Əliyev Okay Məmişi qəbul etdi

Prezident Yaşar Güləri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla