Yuxarı

Rusiya klubu buna görə Azərbaycana gələ bilmədi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya klubu buna görə Azərbaycana gələ bilmədi

Azərbaycanın çimərlik futbolu millisinin bu ay yoldaşlıq görüşləri keçirməyi planlaşdırdığı Rusiyanın “Krasnodar” klubu maliyyə problemləri ilə üzləşdiyinə görə Bakıya gələ bilməyib.

Bu barədə Axar.az-a Azərbaycan millisinin baş məşqçisi Sahib Məmmədov məlumat verib.

“Maliyyə problemləri səbəbindən “Krasnodar” Bakıya gələsi olmadı. Ona görə də nəzərdə tutulan 3 yoldaşlıq matçı (12, 14, 16 may) baş tutmayacaq”, - o bildirib.

Mütəxəssis İspaniyada keçiriləcək Avropa çempionatının I mərhələsinə hazırlıq haqda da fikirlərini bölüşüb:

“Həftədə 5 gün məşqlərimiz olur. Heyətdə ciddi dəyişiklik yoxdur. Region Liqasından götürdüyümüz oyunçular özlərini doğrultmadılar. Qalan futbolçularla yola davam edəcəyik. Avropa çempionatına az vaxt qalıb, elə əvvəlki heyətlə yollanacağıq”.

Qeyd edək ki, milli Avropa çempionatının I seçmə mərhələsinin A qrupunda Litva, İngiltərə və Belçika ilə mübarizə aparacaq. Bu qrupun oyunları mayın 23-25-də İspaniyanın El Puerto de Santa Mariya şəhərində keçiriləcək.

Tarix
2025.05.13 / 19:27
Müəllif
Axar.az
Digər xəbərlər

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla