Yuxarı

Azərbaycanda bu veriliş Ginnesin Rekordlar Kitabına düşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda bu veriliş Ginnesin Rekordlar Kitabına düşdü

AzTV-də Azərbaycan şahmatının canlı əfsanəsi, beynəlxalq dərəcəli hakim Faiq Həsənovun “Şahmat klubu” verilişinin ən uzunömürlü idman proqramı kimi Ginnesin Rekordlar Kitabına düşməsi ilə bağlı tədbir keçirilib.

Axar.az xəbər verir ki, Ginnes Rekordlar Kitabının rəsmisi Şeyda Subaşı bütün məlumatların hərtərəfli nəzərdən keçirildiyini, rekord üçün tələb olunan meyarlara cavab verdiyini təsdiqləyib və Ginnesin Rekordlar Kitabının diplomunu Faiq Həsənova təqdim edib.

Gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov beynəlxalq dərəcəli hakimin şahmat sahəsində xidmətlərindən danışıb, gənc şahmatçılar nəslinin yetişdirilməsində onun rolunu xüsusi vurğulayıblar.

Rəsmi hissəsindən sonra F.Həsənovun həyat və fəaliyyətinə həsr olunmuş “Fiqurların hakimi” filmi nümayiş etdirilib.

“Şahmat klubu” verilişi 1969-cu il martın 27-dən Azərbaycan Televiziyasında yayımlanır.

Qeyd edək ki, Faiq Həsənov ötən ay şahmat üzrə ən uzunmüddətli kişi hakim olaraq rekord müəllifi kimi xüsusi diploma layiq görülüb.

Tarix
2025.05.13 / 19:00
Müəllif
Axar.az
Digər xəbərlər

Gürcüstanla Hökumətlərarası Komissiyanın iclası keçirildi

Milli Məclisin növbəti iclası başladı

Əli Əsədov Kobaxidze ilə görüşdü

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla