Yuxarı

UEFA “Qarabağ”- “Atletiko” matçına müdaxilə edib

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasının qrup mərhələsində keçirilən “Qarabağ”-“Atletiko Madrid” matçında rəqib oyunçunun Ndlovuya qarşı kobud oyunundan sonra stadiondakı monitorlar söndürülüb. Epizodun təkrarına baxmaq istəyən azarkeşlər monitorların söndürülməsindən şikayətləniblər.

Məsələ ilə bağlı Axar.az-a danışan “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bu addımın azarkeşlərin təzyiqinin qarşısını almaq üçün atıldığını bildirib:

“Təəssüf ki, hakim Ndlovuya qarşı kobud oyun zamanı penalti təyin etmədi. Əksinə hücumçumuza ikinci sarı vərəqəni göstərərək, onu meydandan qovdu. Orada 3 cərgədə monitorlar düzülmüşdü və ən üst sıradakı monitorları azarkeşlər görə bilirdi. Epizodun təkrarına baxıldığı zaman göründü ki, orada Dinoya təmas var idi və bu zaman penalti verilməli idi. Azarkeşlər bunu gördü və hakimə üsyan etdilər. Bunu görən UEFA rəsmisi də ən yuxarı sıradakı monitorları söndürdü. Burada məqsəd azarkeşlərin hakimə təzyiqinin qarşısını almaq idi”.

Tarix
2017.10.20 / 16:25
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla