Yuxarı

İtaliyada sınaq: “ölüm-dirim mübarizəsi” - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
İtaliyada sınaq: “ölüm-dirim mübarizəsi” - Video

"Qarabağ" 10 gün sonra növbəti tarixi matçına çıxacaq.

Axar.az xəbər verir ki, oktyabrın 2-də Milan şəhərindəki "Cuzeppe Maetsa" stadionunda keçiriləcək "İnter" - "Qarabağ" görüşündə hər iki komandaya xal su və hava kimi lazımdır.

"İnter" Avroliqanın qrup mərhələsində ilk Azərbaycan komandası ilə qarşılaşmayacaq. Flaqman "Neftçi" ilə görüşlərdə italyanlar Bakıda 1:3 hesabı ilə qalib gəlsələr də, Milanda komandamız 2:2 hesablı heç-heçəyə nail olaraq tarix yazmışdı.

Bu dəfə "Qarabağ" "Neftçi"nin nəticəsini təkrarlaya biləcəkmi sualı hər kəsi maraqlandırır.

Onu deyək ki, Ağdam təmsilçisi Zaqatala "Simurqu"nu məğub edərək vacib olan üç xalı qazanıb, üstəlik yüksək əhval-ruhiyyəsini, çempionatdakı yerini yüksəldib.

İtalyan klubunun düşərgəsində isə vəziyyət ürəkaçan deyil. "İnter"in baş məşqçisi Valter Matsarri deyib ki, komandası "Palermo"ya qarşı oyunda bacardığı hər şeyi etdi: "Sadəcə, adi bir səhvdən qol buraxdıq. İndi qarşıdakı çempionat və Avroliqa matçına hazırlaşmalıyıq.

Biz çox sıx qrafikdə oynayırıq. Ardıcıl olaraq "Atalanta", "Kalyari" və "Qarabağ"la üz-üzə gələcəyik. Bu qarşılaşmaların hər biri bizim üçün çətin və vacibdir.

Qələbə üçün bütün gücümüzdən istifadə edəcəyik. Qarşıdakı hər 3 oyunumuz ölüm-dirim mübarizəsi olacaq. Avroliqada da uğur qazanmaq istəyirik. Çempionatda vəziyyətimiz heç də ürəkaçan deyil".

***

Bu arada isə "Qarabağ"da daha bir futbolçu zədələnib. 5 aylığa sıradan çıxan braziliyalı Çumbinyonun ardından onun həmyerlisi Danilo Dias da komandasına kömək edə bilməyəcək.

Yayda Portuqaliyanın "Maritimu" klubundan gələn Danilo Dias dizində ağrılar hiss edirdi. "Qarabağ"ın tibbi heyəti davamlı müalicələrlə əməliyyatın qarşısını almağa cəhd edirdi. Ancaq 29 yaşlı futbolçunun dizində "mensk" əməliyyatı qaçılmaz olub. Danilo yaxın günlərdə Türkiyədə cərrah masasına uzanacaq. O, təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

Axar.az oxuculara "İnter"- "Neftçi" arasındakı görüşdən qolları təqdim edir:

Tarix
2014.09.22 / 22:28
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla