
Əgər 8 mayda Moskvaya zərbə endirə bilsək... - Ekspert
09:00
Ana səhifə İdman |
![]() ![]() ![]() ![]() |
Avropa Liqasında “Qarabağ” və ”Arsenal” komandaları arasında keçiriləcək matça 20 min bilet satılıb.
Axar.az xəbər verir ki, bu barədə “Qarabağ”ın rəsmi Feysbuk səhifəsi informasiya yayıb.
Hazırda bilet satışının davam etdiyi bildirilir. Ağdam təmsilçisinin İngiltərə nəhəngi ilə tarixi matçını izləmək istəyənlər biletləri Qarabağ FK Fan-şop ("Park Bulvar"), İticket kassaları, Sumqayıt şəhəri ("ASAN Xidmət"), "28 Mall" və "Gənclik Mall"dan əldə edə bilərlər. Biletlərin qiyməti 2, 5, 15, 20 və 50 manatdır.
Qeyd edək ki, “Qarabağ” - ”Arsenal” oyunu oktyabrın 4-ü saat 20:55-də Bakı Olimpiya Stadionunda keçiriləcək.
Tarix
2018.09.25 / 17:22
|
Müəllif
Büllurə Yunus
|