Yuxarı

Avropa Liqasının finalı ilə bağlı Bakıda parad başladı - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa Liqasının finalı ilə bağlı Bakıda parad başladı - Foto

UEFA Avropa Liqasının final matçı ilə əlaqədar yerli Təşkilat Komitəsi maraqlı layihəyə start verib.

Axar.az xəbər verir ki, mayın 20-dən başlayaraq final qarşılaşmasının keçirəcəyi günə qədər əfsanəvi ingilis personajlar - Ceyms Bond, Böyük Britaniya Kraliçası II Elizabet, onun mühafizə dəstəsi, “Bitlz” rok qrupunun, dünya şöhrətli komediya ustası Çarli Çaplin, “Queen” qrupunun vokalisti Freddi Merkuri, “Alisa möcüzələr diyarında” əsərinin qəhrəmanları, Harri Potter və dostları, ingilis xalqının sevimli nağıl qəhrəmanı – Robin Qud, dahi dramaturq Uilyam Şekspir, xəfiyyə Şerlok Holms və digərləri Bakının müxtəlif yerlərində musiqili parad edəcəklər.

Bu gün birincisi baş tutan parad “Port Baku Mall”dan başlayaraq Kukla Teatrını və şəhərin mərkəzini – Nizami küçəsini, Qoşa Qala qapısını əhatə edib. Paradın qəhrəmanları sakinlər tərəfindən maraqla qarşılanıb, onlarla şəkillər çəkdirilib. Personajların növbəti günlərdə Bakının hansı səmtində gəzintiyə çıxacağı sürpriz olduğu üçün ictimaiyyətə açıqlanmayıb.

Tanınmış ingilis qəhrəmanların personajlarının sonuncu dayanacağı mayın 29-da UEFA Avropa Liqasının final qarşılaşmasının keçiriləcəyi Bakı Olimpiya Stadionu olacaq.

Tarix
2019.05.20 / 18:53
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

İsraildən Türkiyəyə jest: “əl uzatdı” – Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla