Yuxarı

Tofiq Bəhramov Moskvada anıldı - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya paytaxtında dünyanın tanınmış futbol hakimi Tofiq Bəhramovun xatirəsinə həsr olunmuş futzal turniri keçirilib.

APA-nın verdiyi məlumatına görə, paytaxtın "Dinamo" idman sarayında keçirilən turnir Moskva meriyasının dinlərarası əməkdaşlıq, milli siyasət və dini təşkilatlarla əlaqələr Departamenti və Rusiya Azərbaycan Gənclər Birliyinin təşkilatçılığı, Azərbaycanın Rusiyadakı səfirliyi, Azərbaycanın Diasporla iş üzrə Dövlət Komitəsi və Ümumrusiya Azərbaycan Konqresinin dəstəyi ilə keçrilib.

Artıq ikinci ildir ki, keçirilən tanınmış futbol hakimi Tofiq Bəhramovun adını daşıyan futzal turnirində 14 komanda iştirak edib. Onlar arasında "MQİMO" (Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti), "AMOR" (Rusiya Azərbaycanlı Gənclər Birliyi), "Qarabağ", Azərbycanın Rusiyadakı səfirliyinin komandası, və Ümumrusiya Azərbaycan Konqresinin komandası, Slovakiya səfirliyinin və Moskva Dövlət Humanitar İqtisad Universitetinin komandaları olublar.

Turiniri izləməyə gələnlər arasında Moskvada yaşayan azərbaycanlı veteran fotbolçular, AFFA-nın nümayəndələri, əfsanəvi referi Tofiq Bəhramovun nəvəsi Tofiq Bəhramov da olub.

Final oyunu "Azərbaycanın Rusiyadakı səfirliyi"nin komandası ilə Moskva Dövlət Humanitar İqtisad Universitetinin (MDHİU) komandası arasında baş tutub. Gərgin keçən görüş 5:5 hesabı ilə nəticələndiyindən, qaliblər penaltilərlə müəyyənləşib. Penaltilərdə güclü tərəf MDHİU komandası olub. Onlar Azərbaycanın Rusiyadakı səfirliyinə 6:5 hesabı ilə qalib gəliblər.

Üçüncü yer uğrunda gedən görüşdə isə "Qarabağ" komandası ilə Moskvanın Bədən tərbiyəsi və idman Mərkəzi Komandası görüşüblər. Görüş 0:4 hesabı ilə Bədən tərbiyəsi və idman Mərkəzi Komandasının xeyrinə nəticələnib.

Turnirin bağlanış mərasimində çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu keçilən turnirin əhəməyyətindən danışıb. Onun sözlərinə görə, Rusiya paytaxtında əfsanəvi azərbaycanlı futbol hakimi Tofiq Bəhramov adına turnirin keçirilməsi iki ölkənin idman cəmiyyəti üçün çox əlamətdar hadisədir: "Bu gün bu meydanda rəqabət deyil, bayram abu-havası vardı. Yarışı izləməyə gələnlərin sayının da çox olması turnirə olan marağın göstəricisidir".

Moskva meriyasının nümayəndəsi, regionlararası Əməkaşlıq departamentinin rəhbəri Yuri Artyux turnirdə iştirak edən komandaları təbrik edərək bildirib ki, bu turnir iki xalq arasında əlaqələrin dostcasına olduğunu göstərir. Meriya nümayəndəsi turnirin keçirilməsindəki təşkilatıçılığa və dəstəyə görə Rusiya Azərbaycan Gənclər Təşkilatına, Ümumrusiya Azərbaycan Konqresinin Moskva vilayəti üzrə bölməsinə təşəkkürünü bildirib.

Rusiya Futbol İttifaqının prezidenti Nikolay Tolstıx isə çıxışında bu gün əsl futbol bayramının şahidi olduğunu söyləyib: "Bu gün təkcə əsl futbol bayramı deyil, həm də millətlərarası dostluq və dəstəyi gördüm". Nikolay Tolstıx turnirin qalibini, iştirakçılarını və təşkilatçılarını Rusiya Futbol İttifaqı adından təbrik edib.

Rusiya mini-futbol assosiasiyasının prezidenti Emil Əliyev isə çıxışında Tofiq Bəhramov adına turnirin keçirilməsinə töhvə verdiklərinə görə fəxr etdiklərini bildirib: "Bu gün "Dinamo" idman sarayında həqiqətən də böyük və əsrarəngiz tədbir keçirildi, hansı ki, buna ənənəvi turnir demək olar".

Daha sonra turnirin qalibi olan Moskva Dövlət Humanitar İqtisad Universitetinin komandasının futbolçularına "Tofiq Bəhramov kuboku" təqdim olunub.

Sonda Azərbaycan və Rusiya estrada nümayəndələrinin iştirakı ilə konsert proqramı təşkil olunub.

Tarix
2014.12.14 / 10:24
Müəllif
Axar.az
Digər xəbərlər

Konstitusiyadan bu ifadə çıxarılmasa, sülh olmayacaq!

Prezident Aleksandr Vlaskampı qəbul etdi

Simonyandan Qarabağ etirafı: Azərbaycanın ərazisi olub...

Azərbaycanın BRİKS-ə qoşulmaq istəyi... - Hacıyev

İtkin düşmüş bir neçə azərbaycanlının taleyi... - BMT rəsmisi

BRİKS-lə əməkdaşlıq Bakının maraqlarına cavab verir - Səfir

General işdən çıxarıldı, vəzifəsi ona həvalə edildi

Bakı ilə Brüssel arasında siyasi məsləhətləşmələr oldu

İsrail Azərbaycan əsilli 7 İran casusunu həbs etdi

Bu şəxslərə işə qəbuldan imtinanın səbəbləri açıqlanmayacaq

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla