Yuxarı

Teymur Rəcəbov Pekində gümüş qazandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Teymur Rəcəbov Pekində gümüş qazandı

Pekində başlayan Dünya İntellektual Oyunları çərçivəsində keçirilən kişilər və qadınlar arasında şahmat yarışlarına yekun vurulub.

Dünyanın 16 ən güclü şahmatçısının mübarizə apardığı yarışda ölkəmizi Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil ediblər.

AzərTAc xəbər verir ki, dekabrın 17-də şahmatın bask növü (idmançılar eyni vaxtda iki taxtada müxtəlif rəngli fiqurlarla bir-birinə qarşı mübarizə aparması) üzrə keçirilən yarışlar da başa çatıb.

Yekunda Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Fransa şahmatçısı Maksim Vaşe-Laqrav 6 xal toplayaraq 2-4-cü yerləri bölüşdürüblər. Teymur Rəcəbov əlavə göstəricilərə görə, turnirin gümüş medalına layiq görülüb. Maksim Vaşe-Laqrav üçüncü, Ş.Məmmədyarov isə dördüncü yerin sahibi olub. Yarışın qalibi adını aktivinə 7,5 xal yazan Rusiya təmsilçisi İan Nepomniyaşiy qazanıb.

Dünya İntellektual Oyunları çərçivəsində zəka sahibləri sürətli şahmat, blits (T.Rəcəbov bu turnirin bürünc mükafatçısı adını qazanıb) və bask üzrə mübarizə aparıblar.

Tarix
2014.12.17 / 23:33
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident tapşırıq verdi: Diplomatlarımız təxliyə edildi

Bu hücumu qətiyyətlə pisləyirik - Pelleqrini

BMT də Naxçıvana hücuma səssiz qalmadı

Tsviyanoviçdən Əliyevə: Biz bunu qəti şəkildə qəbul etmirik

Bu səhifə Azərbaycanla bağlı dezinformasiya yayır

İlham Əliyev Babişə təşəkkür etdi

SEPAH Azərbaycanda bu hədəflərə hücum hazırladı - Video

Çexiya baş naziri İlham Əliyevə məktub göndərdi

Herisçi Təbrizdən müraciət yaydı: Onu məcbur ediblər? - Video

İlham Əliyev Vuçiçlə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla