Yuxarı

Futbolçularımızın Lobotka qədər qiyməti yoxdur - Yurçeviç

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Futbolçularımızın Lobotka qədər qiyməti yoxdur - Yurçeviç

Slovakiyanı təbrik edirəm. Çox yaxşı oynadılar. Bu nəticədən sonra nəsə demək çətindir. Matça yaxşı başladıq. Topa da sahib ola bilirdik. Hər qol barədə danışmaq istəmirəm. Şeydayevin qolundan sonra geridönüş edə bilərdik. Hesab 1:4 olanda artıq oyun bitdi. Rəqibin heyətində Lobotkanın qiyməti 25 milyon avrodur. Bizdə isə hamısının qiyməti bu qədər etmir.

Report xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç AVRO-2020-nin seçmə mərhələsində Slovakiyaya 1:5 hesabı ilə məğlub olduqları matçdan sonra mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis bildirib ki, bu, böyük məğlubiyyətdir. Meydanda futbolçular mübarizə apardı. 4-cü qola qədər şanslar var idi. 60-cı dəqiqədən sonra isə fiziki və psixoloji cəhətdən bu rəqibə qarşı oynamaq çətin oldu".

Xorvatiyalı məşqçi 5 qolu buraxmağın böyük şok olduğunu söyləyib: "Bu məğlubiyyətə görə azarkeşlərdən üzr istəyirəm".

Yurçeviç deyib ki, Slovakiya millisinin bütün futbolçuları Avropanın aparıcı klublarında çıxış edir: "Məğlubiyyət utanc vericidir. Bu komandalara qarşı yaxşı nəticə istəyiriksə, xüsusi günlərdən biri olmalıdır. Millətlər Liqasında Azərbaycan futbolunun ən böyük məşqçisi Qurban Qurbanov belə, Maltaya qarşı çətinlik çəkib. Qrupdakı komandalar bizdən qat-qat güclüdür. Əlimizdən gələni etməliyik ki, onlara qarşı yaxşı mübarizə apara bilək".

Baş məşqçi böyük hesablı məğlubiyyətdən sonra pis hisslər keçirdiyini deyib: "Hər kəsi başa düşürəm. Futbol situasiyalı oyundur. Sağa və sola doğru verilmiş bir qərar nəticəni dəyişə bilər. Bəzi kiçik nüanslar nəticəyə təsir edir".

Yurçeviç növbəti matçda daha yaxşı nəticə qazanacaqlarına və böyük hesabla məğlub olmayacaqlarına inandığını deyib: "Hazırda diqqət mərkəzində bu matçdır. Komanda daha yaxşı oynaya bilər. İndi böyük təhlil etməyə dəyməz. Növbəti qarşılaşmaların yaxşı olacağına inanıram".

Tarix
2019.06.11 / 23:18
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanla münasibətləri də müzakirə etdik - Meloni

Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçiriləcək

Azərbaycan İtaliyaya neçə milyard dollar sərmayə qoyub?

Əliyevlə İran böhranını müzakirə etdik - Meloni

Bu ölkə ilə hərbi əməkdaşlıq ümidvericidir - Prezident

Hərbi prokuror Müdafiə Nazirliyində tədbir keçirdi

Meloninin Bakı səfəri başa çatdı

Əliyev və Meloni mətbuata bəyanatla çıxış etdilər

İlham Əliyev Meloni ilə geniş tərkibdə görüşdü

Starmer İrəvanda Azərbaycana qarşı bu sualı rədd etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla