Yuxarı

Daha bir güləşçimiz qızıl medal qazandı - Yeniləndi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:55

İyulun 21-də Heydər Əliyev adına İdman Sarayında Avropa Gənclər Olimpiya Festivalı (AGOF) çərçivəsində keçirilən güləş yarışlarında pəhləvanlarımızın uğurlu çıxışı davam edir.

Axar.az xəbər verir ki, mübarizəyə başlayan hər dörd güləşçimiz ilk qarşılaşmalarında rəqiblərini məğlub ediblər.

Sərbəst güləş üzrə təmsilçilərimiz Murad Haqverdiyev (45 kq) rusiyalı güləşçi Eldar Asakayevə, Əbülfəz Nəsirov (55 kq) Harvey Ridinqsə (Böyük Britaniya), yunan-Roma güləşi üzrə Fərid Sadıxlı Andrea Martinoya (İtaliya), Nihat Məmmədli isə Olivye Şkripçaka (Polşa) böyük hesabla qalib gəliblər.

Qeyd edək ki, yarışların ilk günündə həm sərbəst, həm də yunan-Roma güləşi üzrə 45 və 55 kiloqram çəki dərəcələrində qarşılaşmalar keçirilir. Güləş yarışları 3 gün davam edəcək.

***

Sərbəst güləşçimiz Murad Haqverdiyev (45 kq) rusiyalı güləşçi Eldar Asakayevi, belaruslu Mikita Berazunu, türkiyəli Bahri Soyleri, polşalı Fabian Niedziedzkini məğlub edərək finala vəsiqə qazanıb.

Onun komanda yoldaşı Əbülfəz Nəsirov (55 kq) finala gedən yolda britaniyalı Harvey Ridinqsi, gürcüstanlı Bezhani Barsonidzeni, daha sonra rusiyalı Maqomed-Emi Eltemirovu məğlub edib.

Yunan-Roma güləşi üzrə Fərid Sadıxlı (45 kq) da festivala inamlı start verib. Həmyerlimiz səkkizdəbir finalda İtaliya idmançısı Andrea Martinonu, dörddəbir finalda Davit Qvasalianı məğlub edərək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda rusiyalı Maksim Qurova qalib gələn idmançımız finalda mübarizə aparacaq.

Yunan-Roma güləşçimiz Nihat Məmmədli (55 kq) isə əvvəlcə Olivye Şkripçaka (Polşa) böyük hesabla qalib gəlib. Dörddəbir finalda gürcüstanlı Romeo Beridzeyə məğlub olan idmançımız təsəlliverici görüşlərdə mübarizə aparacaq.

***

Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.

Axar.az xəbər verir ki, 45 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada Türkiyə təmsilçisi Umut Çobanla üz-üzə gəlib. Rəqibini təmiz qələbə ilə məğlub edən Sadıxlı qızıl medal qazanıb.

***

Azərbaycanın sərbəst güləşçisi Murad Haqverdiyev Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.

Məlumata görə, 45 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada Gürcüstan təmsilçisi Nikolozi Santeladzeni sınağa çəkib. Rəqibini məğlub edən (11:4) Haqverdiyev qızıl medal qazanıb.

Qeyd edək ki, daha öncə yunan-Roma güləşçilərindən Fərid Sadıxlı (45 kq) qızıl¸ Nihat Məmmədli (55 kq) isə bürünc medala sahib olub.

Tarix
2019.07.21 / 18:07
Müəllif
Axar.az
Digər xəbərlər

O, məni şərləyəndə Bəylər Əyyubov prezidentə demişdi ki...

Rusiyadakı qadın təşkilatlarına və cəmiyyətlərə müraciət

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - Video

Rusiyada öldürülən qardaşlar: ekspertizanın nəticəsi...

Ərdoğandan Azərbaycana növbəti təşəkkür

Bakıya gələn “Ruptly”nin redaktoru saxlanıldı – Təcili

Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?

Yekaterinburqdakı qətllə bağlı bəyanat yayıldı

Rusiya "tarixi iddialara" əsaslanır, postsovet ölkələrinə qarşı...

Paşinyan Kallasla görüşdü, sülh prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla