Yuxarı

İdmançımız dünya çempionatının finalına yüksəldi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
İdmançımız dünya çempionatının finalına yüksəldi

Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı start götürüb.

Axar.az Azərbaycan Güləş Federasiyasının saytına istinadla xəbər verir ki, ilk yarış günündə 48, 55, 65, 80 və 110 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizə aparırlar.

Güləşçilərimizdən Cəbrayıl Hacıyev debütdə türk rəqibini çətinlik çəkmədən məğlub edib. Avropa Gənclər Olimpiya Festivalının çempionu daha sonra iranlı pəhləvanla qarşılaşmadan qalib ayrılıb. Yapon güləşçini də mübarizədən kənarlaşdıran Cəbrayıl yarımfinala vəsiqə qazanıb. Finalın bir addımlığında C.Hacıyevin rəqibi Gürcüstan təmsilçisi olub. Festivalda tam üstünlüklə qalib gəldiyi rəqibin ciddi müqaviməti ilə üzləşən yığmamızın üzvü hesabda 2:6 geridə olsa da, əzmkarlıq nümayiş etdirərək son saniyələrdə icra etdiyi uğurlu fəndlərlə adını finala yazdırmağı bacarıb.

Cavid Cavadov dünya çempionatına inamlı qələbə ilə başlayıb. Həmyerlimiz debütdə Rusiyadan olan rəqibinə “tuşe” ilə qalib gəlib. Ancaq dörddəbir finalda Özbəkistan idmançısına yenilib. Rəqib finala yüksəldiyi üçün Cavid iyulun 30-da təsəlliverici görüşdə qüvvəsini sınayacaq.

Zirəddin Bayramov ilk mərhələdə Belarus təmsilçisinə vaxtından əvvəl qalib gəlib. Şəmkir güləş məktəbinin yetirməsi daha sonra Avropa çempionu və Bakıda keçirilən Avropa Gənclər Olimpiya Festivalının qalibi olmuş İtaliya idmançısına göz açmağa imkan verməyib və dördəbir finala yüksəlib. Ancaq qitə birinciliyinin yarımfinalında məğlub olduğu Türkiyə güləşçisinə növbəti dəfə uduzub.

Sərbəst güləşçilərimiz böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Yaşar Əliyevin rəhbərliyi ilə yarışda çıxış edirlər.

Qeyd edək ki, bu çəkilərdə təsəlliverici və medal görüşləri iyulun 30-da keçiriləcək.

Tarix
2019.07.29 / 21:22
Müəllif
Axar.az
Digər xəbərlər

Trampın planı Xəzər dənizinə görə iflasa uğradı - İnanılmaz

Overçuk Azərbaycana gəldi

Azərbaycanda gənc çağırış zamanı şok yaşadı - Video

Burada Əliyev və Putin əsas rol oynayıb - Korotçenko

Manatın məzənnəsi barədə qərar verildi

Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin cəzası bəlli oldu

Suşi sexində ciddi nöqsanlar aşkarlandı

Baş nazirdən “Sea Breeze Resort”la bağlı qərar

Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi...

Baş nazirdən bu rayonlarla bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla