Yuxarı

Komandamız dünya kubokunun qalibi oldu - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Komandamız dünya kubokunun qalibi oldu - Foto

Sentyabrın 15-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Bakıda baş tutan 7-ci arena polo üzrə dünya kubokunun final görüşü keçirilib.

Axar.az xəbər verir ki, turnirin həlledici görüşündə “Elite Horse & Polo Club Baku” (Azərbaycan) və “Los Nocheros Polo Club Münster” qarşılaşıblar. Bu dəfədə yüksək ustalıq nümayiş etdirən komandamız final görüşündən qalib ayrılıb - 15:4.

Komandamızın heyətində Elçin Camallı (9), Tərlan Qurbanəliyev (4), Rəşad Həsənov və Namiq Orucov fərqləniblər. Hər üç qarşılaşmasını qələbə ilə başa vuran “Elite Horse & Polo Club Baku” 7-ci arena polo üzrə dünya kubokunun qalibi olub. Almaniyanın “Los Nocheros Polo Club Münster” komandası turnirin gümüş medallarını qazanıb.

Turnirin bütün oyunları “Elite Horse and Polo Club”da yerləşən meydançada keçirilib.

Gələn il sentyabrın 10-dan 20-dək 8 komandanın iştirak edəcəyi polo üzrə Avropa çempionatı da Azərbaycanda təşkil olunacaq.

Tarix
2019.09.15 / 18:35
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən İspaniyanın qələbəsi haqda: Yüksək ustalıq...

DÇ-2026-nın finalı: Hikmət Hacıyevin şifrəli mesajı? - Video

Tramp və Sançez DÇ-nin finalında barışdı? - Foto

Hörmüz tam olaraq “məhv edilir” – Mühüm plan

Rusiya elitası Moskvanı təcili tərk edir - Video

Ermənistanda etiraf: Bakı yeni mərhələyə keçdi

İsrail “soyqırım” səsverməsini Bakının təzyiqi ilə dayandırıb

Rusiyaya cavab: 3 baza, 3 tanker... - Zelenski elan etdi

Rusiya Kiyevdəki Azərbaycan səfirliyini vurdu - Foto

Həlak olan hərbçimizlə bağlı yayılan video…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla