Yuxarı

ÇL finalı 1 milyarddan çox interaksiya topladı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə əsas klub turnirinin finalı sosial şəbəkələrdə marağa görə dünyada 2019-cu ilin digər ən iri idman tədbirlərini 30 faizdən çox üstələyib. İnternetdə videonun optimizasiyasında və analitikasında ixtisaslaşan “Conviva” şirkətinin məlumatına görə, hazırda UEFA Çempionlar Liqasının finalı İnstraqramın ayrıca akkauntunda videoların baxış sayına görə ən iri idman tədbiri olub. Belə ki, 177 milyon baxış sayı qeydə alınıb.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, 1,09 milyard istifadəçi interaksiyasına layklar, repostlar və şərhlər, habelə videoya baxışlar daxildir. Ötən finalla müqayisədə say 110 faiz artıb. İnteraksiyalar UEFA-nın bütün rəsmi akkauntlarında, finala çıxmış klubların, müxtəlif KİV-lərin və oyunçuların akkauntlarında izlənib. İnteraksiyaların, demək olar, yarısı (486 milyon) UEFA akkauntlarının, qalan 604 milyonu digər platformaların payına düşüb.

UEFA-nın marketinq direktoru Gi-Loran Epsteyn deyib: “Uzun illərdir Çempionlar Liqasının finalı KİV-lərdə işıqlandırılmasına görə ən iri birgünlük idman tədbiri olaraq qalır. Madriddə keçirilən final oyununa dair məlumatlar sübut edir ki, bu, sosial şəbəkələrə də aiddir. UEFA azarkeşlər, klublar, KİV-lər və kommersiya tərəfdaşlarımızla qarşılıqlı əlaqələri və danışıqları tənzimləyən kontentin yaradılmasına fəal surətdə sərmayə yatırır. Çempionlar Liqası KİV-lər və azarkeşlərlə qarşılıqlı əlaqələrin avanqardında olsa da, biz əhatə dairəsini bundan sonra da genişləndirəcək və azarkeşlərə əla kontent təqdim edəcəyik”.

UEFA finaldan əvvəl və final zamanı kommersiya tərəfdaşlarının fəaliyyətini sosial şəbəkələrdə təbliğ etməklə, onları fəal surətdə dəstəkləyir. UEFA-nın sosial şəbəkələrdəki platformaları, onların populyarlığı və əhatə dairəsi brend nəşrlər vasitəsilə auditoriya ilə işləmək üçün əla bazadır.

Məsələn, “Pepsi”nin iştirakı ilə təşkil edilmiş və “Imagine Dragons”un çıxış etdiyi final mərhələsinin açılış mərasimi sosial şəbəkələrdə 88 milyon videobaxış toplayıb. UEFA akkauntları Feysbuk və İnstaqram sosial şəbəkələrində matçqabağı şou zamanı ümumi 381 videobaxış toplayıb.

Təkcə final oyunu gözləntiləri doğrultmayıb. Qrup mərhələsindən tutmuş finala qədər (2018-ci il sentyabrın 1-dən 2019-cu il iyunun 9-dək) bütün turnir UEFA-nın sosial şəbəkələrində 6,5 milyarddan çox interaksiya toplayıb ki, bunun da 3 milyardı videobaxışdır. 2019/20-ci illər mövsümünün startındakı rəqəmlər də diqqətəlayiqdir. Avqustun sonunda Monakoda qrup mərhələsinin püşkatma mərasiminin UEFA akkauntlarında işıqlandırılması 149,5 milyon interaksiya toplayıb ki, bu da bir mövsüm əvvəllə müqayisədə dörd dəfə çoxdur.

Tarix
2019.09.16 / 18:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla