Yuxarı

"Qarabağ" "Sevilya"ya məğlub oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ" "Sevilya"ya məğlub oldu

20:16

UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin birinci turu çərçivəsində “Qarabağ” və “Sevilya” klubları arasında sentyabrın 19-da keçiriləcək qarşılaşma üçün komandaları start heyətləri açıqlanıb.

Axar.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq görüşdə Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə Asmir Beqoviç, Ailton Silva, Bədavi Hüseynov, Maksim Medvedev, Abbas Hüseynov, Miçel Madeyra, Riçard Almeyda, Qara Qarayev, Xayme Romero, Zubir və Maqaye Qeye yer alıblar.

“Sevilya”nin heyətində isə meydana Vaclik Tomas, Pozo Alexandro, Kounde Xules, Dieqo Karlos, Serxio Eskudero, Xoan Xordan, Nemanya Qudel, Oliver Torres, Franko Vazquez, Xavyer Ernandes və Munir El-Haddadi çıxacaqlar.

Bakı vaxtı ilə saat 20:55-də başlayacaq görüş “CBC Sport” kanalı ilə canlı yayımlanacaq.

Qarşılaşmanın idarə olunması Yevgeni Aranovskinin başçılıq etdiyi ukraynalı hakimlər briqadasına tapşırılıb.

Qeyd edək ki, “Qarabağ” beşincin dəfədir UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparır. Qurban Qurbanovun yetirmələri indiyədək qrup mərhələsini adlaya bilməyiblər.

“Sevilya” isə UEFA Avropa Liqasında rekord sayda – beş dəfə qalib gəlib.

***

Bakı vaxtı ilə 20:55-də Tofiq Bəhramov adına Respublika Stadionunda "Qarabağ" - "Sevilya" matçı start götürüb.

***

62-ci dəqiqədə "Sevilya"nın oyunçusu J.Hernandez cərimə zərbəsindən hesabı açıb: 0 - 1

***

Rəqibin heyətində Munir 78-ci dəqiqədə qapıçı Asmir Beqoviçlə təkbətəkdən qalib ayrılıb: 0 -2

***

85-ci dəqiqədə Oliver Torres 3-cü qolu qapımızdan keçirib: 0 -3

***

Beləliklə, "Qarabağ" 0 - 3 hesabı ilə "Sevilya"ya məğlub olub.

Tarix
2019.09.19 / 22:45
Müəllif
Axar.az
Digər xəbərlər

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla