Yuxarı

Bu rəqibə qarşı mübarizə aparmaq çətindir - Qurbanov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məğlub olmaq istəmirdik. Bu cür rəqibə qarşı mübarizə aparmaq çətindir. Dinamik kollektivdir və topla sürətli davranırlar. Yenə də futbolçularıma təşəkkür edirəm. Belə komandaya qarşı oynamağı hər bir oyunçu gözləyir. Çünki, həm öz, həm də rəqibin gücünü bilir. Son vaxtlar 3-4 qollu matçlar çox olur. Rəqibi yaxşı oyuna görə təbrik edirəm. Azarkeşlərə də təşəkkürümü bildirirəm.

Report xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Sevilya"ya uduzduqları (0:3) Avropa Liqasının qrup mərhələsinin I tur matçından sonra mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis bildirib ki, qrupun birinci tur matçlarından sonra fikirləri dəyişib: "Bu gündən sonra daha ciddi və diqqətli olmalıyıq. Futbolda məğlubedilməz kollektiv yoxdur. Sonrakı matçlara daha da ciddi hazırlaşmalıyıq".

Qurbanov İspaniya və Azərbaycan futbolu arasındakı fərqdən danışıb: "Əlavə şərhə ehtiyac yoxdur. La Liqa ən çox izlədiyim çempionatdır. İlk qola kimi mübarizə apara bildik. Ondan sonra bəzi dəyişikliklər etdik, önə çıxmaq istədik. Dərhal bundan yararlandılar. Bu, onların necə güclü çempionatdan gəldiyini göstərir".

Təcrübəli məşqçi Xayme Romeronun durumu barədə də danışıb: ""Neftçi" ilə matçda da onun xəstə olduğunu demişdim. Bu gün onun zədələnmə ehtimalı var idi. Ona görə əvəzlədik. Tarazlığı qorumaq üçün Dani Kintananı oyuna daxil etdim".

Mütəxəssis futbolçulardan razı qaldığını söyləyib: "Əsas hücumçumuz Mahir Emreli zədəli idi. Bütün imkanlarımızdan istifadə etdik. Bu isə hər dəfə alınmır".

Tarix
2019.09.20 / 00:12
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu ölkəni təbrik etdi

Bakı ilə bu ölkə arasında viza məsələsi müzakirə olunacaq

Bakı və Kiyev qaz təchizatını müzakirə etdi

Suriya lideri Bakıda İsrail rəsmiləri ilə görüşüb

İlham Əliyev Milatoviçi təbrik etdi

Rusiya Zəngəzur dəhlizinin bahalığından “narahat” oldu

Türkiyə ilə Ermənistan arasında yeganə hüquqi sənəd...

Ukrayna müharibəsi təhlükəsizliyə ciddi zərər verir - Rəfiyev

TRT-dən tarixi Azərbaycan şəhəri ilə bağlı böyük səhv

İlham Əliyev Ərdoğana zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla