Yuxarı

Naxçıvanda 34 yaşlı kişini qətlə yetirən şəxs tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:03

Naxçıvanda qətl hadisəsi törədilib.

Axar.az xəbər verir ki, hadisə Şərur rayonunun Daşarx kəndində baş verib.

İlkin məlumata görə, Yeni Havuş kənd sakini, 1991-ci il təvəllüdlü İbrahim Əbülfəz oğlu İbrahimov qətlə yetirilib.

Onu qətlə yetirməkdə həmin kənd sakini, 1971-ci il təvəllüdlü Sabir İbrahim oğlu İbrahimov şübhəli bilinir.

Qeyd edək ki, İ.İbrahimov S.İbrahimovun qardaşı oğludur, hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, fakt araşdırılır.

***

İyulun 13-də Şərur rayon sakini 1991-ci il təvəllüdlü İbrahimov İbrahim Əbülfəz oğlunun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Naxçıvan Muxtar Respublikası prokurorluğundan verilən məlumatda bildirilib.

Məlumata görə, araşdırma zamanı, Şərur rayonu Yuxarı Havuş kənd sakini 1992-ci il təvəllüdlü İbrahimov İbrahim Əbülfəz oğlu rayonun Aşağı Daşarx kənd ərazisində əmisi və həmkəndlisi 1971-ci il təvəllüdlü İbrahimov Cabir İbrahim oğlu tərəfindən torpaq sahəsi üzərində aralarında yaranan mübahisə zamanı dəmir parçası ilə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şərur rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cabir İbrahimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Tarix
2025.07.13 / 17:47
Müəllif
Axar.az
Digər xəbərlər

Əbu-Dabi görüşündən kadrarxası görüntülər - Video

Azərbaycan NATO-ya üzv olur, Türkiyə bazaları gəlir...

Azərbaycanlı polis rəisi Rusiyada saxlanıldı

Azərbaycan bu ölkəni təbrik etdi

Bakı ilə bu ölkə arasında viza məsələsi müzakirə olunacaq

Bakı və Kiyev qaz təchizatını müzakirə etdi

Suriya lideri Bakıda İsrail rəsmiləri ilə görüşüb

İlham Əliyev Milatoviçi təbrik etdi

Rusiya Zəngəzur dəhlizinin bahalığından “narahat” oldu

Türkiyə ilə Ermənistan arasında yeganə hüquqi sənəd...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla