Yuxarı

FSB-nin tapşırığı ilə polkovniki öldürən iki azərbaycanlı...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
FSB-nin tapşırığı ilə polkovniki öldürən iki azərbaycanlı...

İyulun 10-da Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki İvan Voroniçin qətlində iki Azərbaycan vətəndaşının iştirak etdiyi xəbəri təsdiqlənərsə, bunu Rusiyanın Azərbaycana qarşı növbəti təxribatı kimi qiymətləndirmək olar. Rusiya kəşfiyyat xidmətinin ukraynalı zabiti öldürmək üçün Xaqani Gülalizadə və Nərmin Quliyeva adlı Azərbaycan vətəndaşlarından istifadə etdiyi xəbəri yayılıb. Hər ikisi Rusiyada çalışırmış. Fikrimcə, Rusiya kəşfiyyat xidmətinin ukraynalı zabiti qətlə yetirmək tapşırığını Azərbaycan vətəndaşlarına tapşırması Azərbaycan-Ukrayna münasibətlərinə kölgə salmaq məqsədi daşıyır.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

“Kreml Rusiyada çalışan miqrantlara həm zorla sənəd imzalatdıraraq onları birinci sırada Ukrayna ilə müharibədə ölümə göndərir, həm də bir qismini qatilə çevirməyə çalışır. Ukraynanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan Ukrayna vətəndaşı olan soydaşlarımız olduğu kimi, Rusiya kəşfiyyatının toruna düşərək qatilə çevrilənlər də var. Diqqətli olmalıyıq. Rusiya Azərbaycanla münasibətlərinin gərginləşməsi fonunda soydaşlarımıza qarşı başqa təzyiq formalarından da istifadə edə bilər”, - o qeyd edib.

Xatırladaq ki, Ukrayna Təhlükəsizlik Xidməti hər iki qatilin zərərsizləşdirildiyi haqda məlumat yaymışdı.

Tarix
2025.07.13 / 22:55
Müəllif
Axar.az
Digər xəbərlər

Səbinə Əliyeva yenidən Ombudsman seçildi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla