Yuxarı

Rusiya Zəngəzur dəhlizinin bahalığından “narahat” oldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Zəngəzur dəhlizinin bahalığından “narahat” oldu

Türkiyə və Azərbaycan Zəngəzur dəhlizi ilə Rusiyadan yan keçməklə Orta Asiyaya, Çinə və s. ixrac həyata keçirə bilər. Bu, Qərbin təzyiqi olmadan müstəqil marşrutlar qurmaq istəyən BRİKS-in səylərinə potensial zərbədir.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın “Rıbar” kanalı son vaxtlar Zəngəzur dəhlizinin Rusiyanın nəzarətindən kənar açıla biləcəyi haqda informasiyalar fonunda yazıb.

“Rusiya və İran BRİKS+-un iki əsas üzvüdür, Avrasiyadan keçən marşrutları inkişaf etdirir, dəhliz isə NATO, AB və Türk dünyasına yönəlmiş Qərb-Türkiyə-Azərbaycan-Mərkəzi Asiya oxunu gücləndirəcək.

Bəs Zəngəzur layihəsinin problemləri nədən ibarətdir?

- Əgər həyata keçirilərsə, dəhliz sürüşmələri və seysmik aktivliyi olan dağlıq ərazidən keçəcək. Hazırda dəmir yolu formasında lazımi infrastruktur yoxdur;

- Burada avtomobil və dəmir yollarının tikintisi tunellər, körpülər, sürüşmə əleyhinə sistemlər tələb edir - xərc 2-3 milyard dolları keçə bilər. Bu bahalı, uzunmüddətli və texniki cəhətdən mürəkkəb bir işdir.

- Zəngəzur vasitəsilə göndəriləcək yük axınları belə irimiqyaslı investisiyalar üçün azdır. Azərbaycanla Naxçıvan arasında infrastrukturu ödəmək üçün elə bir həcmdə mal yoxdur və mövcud marşrutlar (Gürcüstan, Xəzər dənizi) vasitəsilə Türkiyə və ya Mərkəzi Asiyaya tranzit daha ucuz və asandır”, - kanal bildirib.

Telekanal vurğulayıb ki, bütün bunlar “Zəngəzur dəhlizi” adlanan layihəni iqtisadi deyil, siyasi layihəyə çevirir:

“Dəhliz ilk növbədə Türkiyə və Azərbaycanın “türk davamlılığı”, Ermənistana təzyiq etmək və daxili auditoriyanı səfərbər etmək üçün ideoloji planıdır.

Ancaq bir layihə olaraq, həssas, bahalı və bir çox gözlənilməz amillərdən asılıdır. Hələlik o, yüksək qiymətə və şübhəli gəlirə malik strateji utopiya olaraq qalacaq”.

Qeyd edək ki, “Zəngəzur dəhlizi” adlanan yol uzun onillər fəaliyyət göstərib, sovet dövründə bu dəmir yolu Azərbaycanın nəzarətində olub. O dəmir yolu nə seysmik ərazidən keçib, nə də dərə-təpədən – hazırda o yolu bərpa etmək o qədər də çətin deyil. Dəmir yolu ilə paralel çəkilməsi nəzərdə tutulan avtomobil yolunun da ciddi xərc tələb edəcəyi sual doğurur, çünki məsafə cəmi 40 km-dir.

Digər tərəfdən, Zəngəzur dəhlizinin rentabelli olub-olmaması Azərbaycan və Türkiyənin problemi olsun gərək, Rusiyanın deyil.

Maraqlıdır ki, Zəngəzur dəhlizinin Rusiyanın nəzarətində açılacağı haqda məlumatlar fonunda Rusiya mediası bu dəhlizin Azərbaycan və Ermənistanın iqtisadi imkanlarını kəskin şəkildə genişləndirəcəyi haqda materiallar yaymaqdan yorulmurdu...

Tarix
2025.07.13 / 10:00
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirlik bu universiteti cərimələdi

Bu saziş regionda sülhün təməl daşıdır - Boçorişvili

Gələn il Ermənistanla sülh sazişi bağlanacaq - Əmirbəyov

Türkiyə ilə sərhədlərin açılması... - Mirzoyan

Merz İlham Əliyevi Almaniyaya dəvət etdi

Azərbaycan-NATO əməkdaşlığı müzakirə olundu

Erməni kilsəsi dağıdıcı təbliğat aparır - Şeyx

Almaniya kansleri İlham Əliyevə zəng etdi

Mehdiyevin agentura şəbəkəsinin hədəfi - Zahid Oruc

Avropa Birliyi bundan sonra Bakı və İrəvana... - Kallas

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla