Yuxarı

Ukrayna Azərbaycan qazını öz anbarlarında saxlamaq istəyir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Azərbaycanı təbii qazın hasilatı, saxlanması və nəqli sahələrində əməkdaşlığı genişləndirmək üçün potensial görür.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyinin Bakıda Azərbaycan Respublikası və Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası komissiyanın 13-cü iclasının yekununa dair məlumatında bildirilir.

"Biz qaz sektorunda əməkdaşlığın yeni formatlarına açığıq. Xüsusilə Ukrayna beynəlxalq qaz anbarı üçün öz yeraltı qaz anbarlarını təklif edir. Bizim yeraltı qaz anbarlarımız Avropada ən böyüyüdür və gömrük anbarı rejimi altında xarici şirkətlərin ixtiyarına verilir",- deyə komissiyanın Ukrayna tərəfindən həmsədri, energetika naziri German Qaluşenko vurğulayıb.

Qeyd edib ki, nəqliyyat dəhlizlərinin, xüsusilə Orta Dəhlizinin təkmilləşdirilməsi yolu ilə hər iki ölkənin tranzit potensialının inkişafına xüsusi diqqət yetirilib.

"Biz Azərbaycan xalqının Ukrayna ilə həmrəyliyini yüksək qiymətləndiririk. Energetika sektoruna dəstək xüsusilə vacib idi və bu, çətin şəraitdə enerji sistemimizin sabitliyini təmin etməyə kömək etdi", - deyə energetika nazirinin müavini Nikolay Kolesnik əlavə edib.

Onun sözlərinə görə, yol xəritəsinin imzalanması ilə yanaşı, tərəflər əməkdaşlığın gələcək addımlarını da müzakirə ediblər. Onların arasında birgə enerji layihələri, bərpa olunan enerjinin inkişafı və Ukrayna şirkətlərinin Azərbaycanın enerji infrastrukturunun modernləşdirilməsinə cəlb edilməsi kimi məsələlər var:

"Ukrayna Azərbaycan şirkətləri ilə enerji, infrastruktur və innovasiya sahələrində tərəfdaşlığın gücləndirilməsində maraqlıdır. Biz yeni investisiyalara və layihələrə açığıq".

Mykola Kolesnik həmçinin Ukraynanın dövlət və özəl şirkətlərinin birgə enerji layihələrinə, xüsusən SOCAR və digər azərbaycanlı tərəfdaşlarla birgə fəaliyyətə qoşulmağa hazır olduğunu qeyd edib:

"Ukrayna və Azərbaycan enerji sektorunda strateji tərəfdaşlığı gücləndirmək istəklərini təsdiqləyiblər ki, bu da əməkdaşlıq üçün yeni perspektivlər açır və dövlətlərin enerji təhlükəsizliyini artırır".

Tarix
2025.07.13 / 19:50
Müəllif
Axar.az
Digər xəbərlər

Əbu-Dabi görüşündən kadrarxası görüntülər - Video

Azərbaycan NATO-ya üzv olur, Türkiyə bazaları gəlir...

Azərbaycanlı polis rəisi Rusiyada saxlanıldı

Azərbaycan bu ölkəni təbrik etdi

Bakı ilə bu ölkə arasında viza məsələsi müzakirə olunacaq

Bakı və Kiyev qaz təchizatını müzakirə etdi

Suriya lideri Bakıda İsrail rəsmiləri ilə görüşüb

İlham Əliyev Milatoviçi təbrik etdi

Rusiya Zəngəzur dəhlizinin bahalığından “narahat” oldu

Türkiyə ilə Ermənistan arasında yeganə hüquqi sənəd...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla