Yuxarı

Suriya lideri Bakıda İsrail rəsmiləri ilə görüşüb

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Suriya lideri Bakıda İsrail rəsmiləri ilə görüşüb

Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şara Azərbaycana səfəri çərçivəsində İsrail rəsmiləri ilə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Məlumata görə, Prezident Şaraya yaxın mənbə iki və ya üç belə görüşün planlaşdırıldığını bildirib. Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani və Suriya hökumətinin İsraillə münasibətlərdə təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Əhməd əd-Dalatinin növbəti görüşlərdə iştirakı gözlənilir.

İsrail nümayəndə heyətinə Baş nazir Benyamin Netanyahunun xüsusi nümayəndəsi, həmçinin təhlükəsizlik və hərbi rəsmilər daxildir.

Müzakirə olunacaq mövzular arasında İsrail və Suriya arasında təhlükəsizlik razılaşması, İran təhlükəsi, Hizbullah və Fələstin terrorçularının silahları, Livandakı Fələstin düşərgələri var. Bundan başqa, Dəməşqdə diplomatik statusu olmayan İsrail koordinasiya ofisinin açılması imkanları da müzakirə oluna bilər.

Tarix
2025.07.13 / 12:33
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla