Yuxarı

Türkiyə ilə Ermənistan arasında yeganə hüquqi sənəd...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə ilə Ermənistan arasında yeganə hüquqi sənəd...

Türkiyə ilə Ermənistan arasında sonuncu və hələ də qüvvədə olan hüquqi çərçivə 1921-ci ildə imzalanmış Qars müqaviləsidir. Bu sənədin əsas məqsədi o dövr üçün Türkiyə ilə Ermənistan SSR arasında sərhədlərin müəyyənləşdirilməsi idi. Ancaq həmin dövrdən bu günə qədər 100 ildən çox vaxt keçib, imperiyalar süqut edib, qütblər dəyişib, amma Türkiyə ilə Ermənistan arasında real diplomatik münasibətlər və ya hər hansı yeni hüquqi sənəd imzalanmayıb.

Axar.az xəbər verir ki, bu sözləri VHP sədrinin müavini Samir Əsədli deyib.

“Halbuki bölgədə davamlı və dayanıqlı sülhün təmin olunması təkcə Azərbaycan-Ermənistan arasında aparılan sülh prosesindən deyil, eyni zamanda Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından da keçir. Ermənistanın Türkiyə ilə münasibətləri bərpa etməsi bu ölkənin Cənubi Qafqazda təcrid vəziyyətindən çıxmasına, eyni zamanda, rus təsirindən bir qədər uzaqlaşmasına şərait yarada bilər. Bu, həm də regionda sabitlik üçün yeni platformaların açılmasına imkan verər.

Təbii ki, Ermənistanın tarixən sərgilədiyi qeyri-sabit və qeyri-səmimi qonşuluq siyasəti hələ də ciddi narahatlıq doğurur. Bu ölkə bir çox hallarda ona etimad göstərmiş qonşularına qarşı xəyanətkar davranışlar sərgiləyib, bunun acı nümunəsini Azərbaycan xalqı 30 illik işğal dövründə yaşayıb. Ona görə də Türkiyə ilə münasibətlərin normallaşması ancaq şərti əsaslarla, açıq və şəffaf öhdəliklər üzərində qurulmalıdır.

Əgər Ermənistan Qərbə inteqrasiyanı və demokratik transformasiyanı hədəfləyirsə, Türkiyə ilə strateji əməkdaşlıq və təhlükəsizlik sahəsində yeni bir müqavilənin imzalanması bu ölkə üçün bir “yeni nəfəs” ola bilər. Lakin bu, qarşılıqlı etimad, tarixi məsuliyyət və regional sabitliyə real töhfə vermək istəyi üzərində qurulmalıdır”, - o vurğulayıb.

Tarix
2025.07.13 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Bu şəxslər hərbi xidmətə çağırılmırlar - Səbəb

Yalçın Rəfiyev AB-nin yüksək səviyyəli toplantısında

Ramiz Mehdiyev Rusiyada bu qurumun üzvüymüş - Fakt

Azərbaycan bu qırıcıların yeni partiyasını qəbul etdi

Putin qəsdən görüş üçün bu şəhəri seçdi

Rusiyada daha bir azərbaycanlı iş adamı həbs olundu

Prezidentin xüsusi nümayəndəsi Arakçı ilə görüşdü

Zakir Həsənov Özbəkistana getdi, həmkarı ilə görüşdü

İki siyahı var: Biri “beşinci kolon”, digər isə Mehdiyevin…

İlham Əliyev Qazaxıstana getdi, belə qarşılandı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla