Yuxarı

Rusiyada azərbaycanlı iş adamları ard-arda həbs olunur

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyada azərbaycanlı iş adamları ard-arda həbs olunur

Rusiyada azərbaycanlı iş adamlarına qarşı həbslər dalğası davam edir.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, bu dəfə hadisə Leninqrad vilayətində baş verib. Burada dörd azərbaycanlı biznesmen saxlanılıb. Onlar yerli polis rəhbərliyinə rüşvət verməkdə və başqa qanunsuz fəaliyyətlərdə ittiham olunurlar.

Rusiya hüquq-mühafizə orqanlarının yaydığı məlumata əsasən, saxlanılan azərbaycanlılar qaçaqmal spirtli içki və tütün məmulatlarının satışı, eləcə də qanunsuz miqrant əməyindən istifadə halları ilə bağlı istintaqa cəlb olunublar.

Onların bu fəaliyyətlərini davam etdirə bilmələri üçün yerli polis idarələrinin rəhbər şəxslərinə mütəmadi olaraq rüşvət verdikləri iddia olunur.

Həbs edilən azərbaycanlıların adları belədir:

• Vüsal Orucov

• İbadət İsmayılov

• Asif Allahverdiyev

• Ərəstun Talıbov

Məhkəmə istintaq dövründə onların hamısının 9 sentyabra qədər həbsdə saxlanılması barədə qərar çıxarıb.

Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, saxlanılanlardan biri — Asif Allahverdiyev məhkəmədə çıxış edərək irəli sürülən ittihamları rədd edib. O deyib:

“Ümumiyyətlə, başa düşmürəm ki, mən buraya necə düşdüm. Vəziyyəti də anlamıram".

Rusiya İstintaq Komitəsi isə bildirir ki, bu iş üzrə əməliyyat tədbirləri davam etdirilir, digər şəxslərin də məsuliyyətə cəlb olunması istisna edilmir.

Qeyd edək ki, son aylarda Rusiyada müxtəlif regionlarda azərbaycanlı diaspor təşkilatları ilə əlaqəli şəxslərin və iş adamlarının həbsi halları intensivləşib. Bəzi siyasi şərhçilər hesab edirlər ki, Moskva hazırda həm daxildə iqtisadi, həm də etnik balansı nəzarətdə saxlamaq üçün belə sərt tədbirlərə əl atır.

Tarix
2025.07.13 / 23:54
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla