Yuxarı

Dünya çempionatı: Cüdoçularımız iki medal qazandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya çempionatı: Cüdoçularımız iki medal qazandı

Azərbaycan cüdoçuları Mərakeşdə keçirilən gənclər arasında dünya çempionatının ilk günündə iki medal qazanıblar.

Axar.az xəbər verir ki, çempionatda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Əhməd Yusifov uğurla çıxış edərək finala vəsiqə qazanıb. Finalda rusiyalı Konstantin Simeonidis ilə qarşılaşan cüdoçumuz rəqibinə məğlub olaraq gümüş medalla kifayətlənib.

Digər cüdoçumuz İbrahim Əliyev (66 kiloqram) isə bürünc medal uğrunda mübarizə aparıb. Üçüncü yer uğrunda görüşdə rumıniyalı Lusian Bors Dumitresku ilə üz-üzə gələn İ.Əliyev rəqibinə qalib gələrək fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Dünya çempionatında Azərbaycanı 9 kişi və 2 qadın olmaqla ümumilikdə 11 cüdoçu təmsil edir. Yarışda 81 ölkədən 500-dən çox tatami ustası mübarizə aparır.

Dünya çempionatı oktyabrın 19-dək davam edəcək.

Tarix
2019.10.17 / 01:50
Müəllif
Axar.az
Digər xəbərlər

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

Putindən Azərbaycanla bağlı açıqlama...

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla