Yuxarı

Azarkeşlərlə polis toqquşdu: 22 ölü – Fotolar

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azarkeşlərlə polis toqquşdu: 22 ölü – Fotolar

Misirin məşhur futbol komandası Zemalek ilə Enpi arasında oynanan matçdan sonra futbol tərəfdarları və polis arasında qarşıdurma baş verib.

Axar.az xəbər verir ki, qarşıdurmada 22 nəfər ölüb, yüzlərlə adam yaralanıb.

Misir Baş prokuroru Hişam Bərəkat Misir dövlət televiziyasında açıqlama verərək Hava Müdafiə Stadionu qarşısında yaşanan hadisələrdə həlak olan 22 nəfərə aid cənazənin xəstəxana morquna aparıldığını söyləyib. Hişam Bərəkat meyitlərin müayinə olunması və yaralıların ifadələrinin alınması üçün Baş prokurorluqda 2 istintaq qrupunun yaradıldığını qeyd edib.

Daxili İşlər Nazirliyi isə belə bir yazılı açıqlama verib: "Hava Müdafiə Stadionu qarşısında toplanan və sayları 10 mini aşan biletsiz azarkeşlər giriş qapılarından, divarlardan aşaraq girməyə çalışarkən yaranan izdihamda onlarla adam yaralanıb".

Səhiyyə Nazirliyindən verilən açıqlamada isə yaralanan 20 nəfərdən 19-nun xəstəxanadan buraxıldığını, hadisə zamanı həlak olan 11 nəfərin cənazəsinin isə Yeni Qahirə və əl-Benk əl-Əhli xəstəxanalarına göndərildiyi bildirilib. Açıqlamada ölüm səbəbləri kimi "meyitlərdə izdiham və qarşıdurmalar nəticəsində yaranan göyərtilər və boyun qırıqları" göstərilib. Meyitlərdə güllə izləri aşkar edilməyib.

Tarix
2015.02.09 / 16:29
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla